{category-title}

Rəsulzadənin ev-muzeyi yaradıldı - VİDEO

Bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyidir.

M.Ə.Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub.

Prezident İlham Əliyevin sərəncamı ilə Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi dövlət səviyyəsində qeyd olunur.

M.Ə. Rəsulzadənin şəxsiyyəti, tərcümeyi-halının çox az məlum olan fəsilləri, fotoşəkilləri, arxiv sənədləri və  şəxsi əşyaları ilə sözsüz ki, bütün ictimaiyyət tanış olmaq arzusundadır. Lakin təəssüf ki, bu günə kimi Bakıda onun ev muzeyi yaradılmayıb.

Bu səhvi aradan qaldırmaq üçün tanınmış tarixçi, professor Solmaz Tohidi-Rüstəmova tərəfindən “Rəsulzadə ev-muzeyi ictimai qrup” yaradılmasına baxmayaraq, illər boyu bu məsələ hələ də öz həllini tapmayıb.

Modern.az xəbər verir ki, həmin qrupun üzvü, VMF Holdinq-in rəhbəri Vahid Mustafayev bildirib ki, döymədikləri qapı qalmasa da, hələ də bu muzeyin açarını əlində tutan məmuru tapa bilməyiblər.

“Türkiyə, İran, Polşa və dünyanın digər ölkələrdəki həmfikirlərimiz Rəsulzadənin şəxsi əşyaları və əvəzsiz materiallar və sənədləri bizim muzeyimizlə bölüşməyə hazır olsalar belə, bu məsələ hələ də həll olunmamış qalır”.

V.Mustafayev deyib ki, “Rəsulzadə ev-muzeyi ictimai qrupu”nun sifarişi ilə ANS Şirkətlər Qrupu və VMF Holdinq Məhəmməd Əmin Rəsulzadənin 140-cı ildönümü yubileyində onun Virtual Ev-Muzeyini yaardıb.

Virtual Ev-Muzeyi bir neçə bölmədən ibarətdir: burada Rəsulzadənin Bakı şəhərində AXC parlamentinin üzvü olan dövrdə ona dövlət tərəfindən verilən üçotaqlı mənzil, onun tərcümeyi-halı, şəxsi arxivi və şəxsi əşyalar, rəsmlər, fotokolleksiyası var.

“Fotolara gəldikdə, mütləq qeyd etmək istəyirəm ki, ANS PRESS informasiya agentliyinin əməkdaşları tərəfindən 100-ə yaxın şəkil Süni İntellekt vasitəsi ilə tam şəkildə bərpa olunub və muzey web-sayt şəklində internetdə dərc olunandan sonra geniş ictimaiyyətə istifadə üçün açıq olacaq.”, - V.Mustafayev deyib.

O bildirib ki, Rəsulzadənin ev-muzeyinin məhz virtual olaraq internet resursları vasitəsi ilə fəaliyyət göstərməsinin öz üstünlükləri var: İnternet auditoriyasının əhatə dairəsi daha genişdir - bu, Rəsulzadənin şəxsiyyətinə marağın böyük olduğunu nəzərə alsaq, xüsusilə vacibdir.

“Bunu da vurğulamalıyam ki, ekspozisiyalar professor Solmaz Tohidi-Rüstəmovanın təklifi ilə Rəsulzadənin əziz dostu və silahdaşı, bəstəkar Üzeyir Hacıbəyovun “Sənsiz” romansı ilə müşayiət olunmaqla muzey ziyarətçilərində əlavə emosional duyğular yaradacaq. Muzeyin web versiyası və saytı işlənib qurtarmaqdadır. Lakin bu ad günü biz Sizi, əziz Rəsulzadə irsini sevənləri muzeysiz qoya bilməzdik. Yetər 140 il gözlədik!”.

Son xəbərlər

Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq

Bakıda Azərbaycan-Ukrayna IT forumu keçiriləcək

Təhsil krediti alan tələbələrin əhatə dairəsi genişləndirilib

Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir"

Əli Əsədov: İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərlər Vaşinqtonda ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi

Salem Əl-Ketbi: Əliyev və Paşinyan Cənubi Qafqazda xəritələri və marşrutları yenidən formalaşdıra biləcək saziş imzalayıblar

Sabah yağış yağacaq - PROQNOZ

Bu il internat müəssisələrində valideynlərini itirmiş uşaqların sayı artıb

Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Bütün xəbərlər