{category-title}

Bir neçə gün bundan öncə Avropa Şurasının Parlament Assambleyası Azərbaycan əleyhinə növbəti qərəzli addım atdı. Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabenin təşəbbüsü ilə ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin etimadnamələri təsdiq edilmədi. Aydındır ki, bu qərar yeni düşünülmüş bir qərar deyildi. AŞPA rəhbərliyi bu məsələni əvvəlcədən planlaşdırmışdı. Təşkilatın hazırki rəhbərinin, eləcə də sabiq rəhbərinin qərarın lehinə səs verməsi bütün qaranlıq məqamlara aydınlıq gətirir. Şübhəsiz ki, bu qərar ölkəmizdə olan sabitliyi, əminamanlığı qəbul edə bilməyən siyasi qüvvələrin növbəti təxribatı idi. Azərbaycanda yaradılan sabit siyasi mühit bir çox xarici qüvvələri ciddi narahat edir. Bu baxımdan tez-tez Azərbaycana qarşı ikili standartlardan çıxış edən Avropa Şurasının Parlament Assambleyasının bu qərarı heç də təəccüblü deyil. Azərbaycanın torpaqları 30 il işğal altında olanda bu qurum yalnız susmaqla məşğul idi. Ermənistana qarşı heç bir təzyiq göstərilmədi. Torpaqlarımızda törədilən qətliamlar, talanlar gözardı edildi. Bir milyona yaxın qaçqın və məcburi köçkünümüz evlərindən didərgin düşdü, evləri talandı və dağıdıldı. Xalqımıza qarşı soyqırımlar törədildi. Maraqlı sual yaranır ki, bütün bu dövr ərzində Avropa Şurası harada idi? Nə üçün Ermənistana qarşı ciddi tədbirlər görmürdü? Bütün bu ədalətsizliklərə göz yuman Avropa Şurası indi torpaqlarını öz gücü hesabına geri qaytaran ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayıb.

Qərarda Laçın dəhlizindən söz açılır ki, güa Azərbaycan Laçın dəhlizindən sərbəst və təhlükəsiz keçidi təmin etməyib. Daha bir əsassız fikir isə ondan ibarətdir ki, Frank Şvabe öz çıxışında 100 mindən artıq Qarabağ ermənisinin zorakılıqla qovulduğunu qeyd edir. Halbuki Laçın dəhlizində sərhəd-keçid məntəqəsinin qurulması Azərbaycanın suveren və beynəlxalq hüquqa əsaslanan təbii hüququdur. Dəfələrlə sərhəd-keçid məntəqəsindən yerli və xarici jurnalistlər reportajlar hazırlayaraq buradakı hərəkətin tam maneəsiz həyata keçirildiyini göstəriblər. Bununla yanaşı ölkəmiz Qarabağda yaşayan ermənilərə humanitar yardımlar göndərib. Həmçinin erməni xalqına müraciətlər edilərək Azərbaycan vətəndaşlığını qəbul edərək Qarabağda bərabərhüquqlu Azərbaycan Respublikası vətəndaşı kimi yaşamaq təklif edilib.

Erməni tərəfi aydın məsələdir ki, köç edən ermənilərin sayını dəfələrlə artırıb. Ermənistanda vətəndaşların acınacaqlı vəziyyətdə yaşaması hər kəsə məlumdur. Öz ölkəsində vətəndaşlarına baxa bilməyən Ermənistan təbii ki, Qarabağdakı ermənilərə heç bir sosial yardım göstərə bilmirdi. Öz topraqları olmayan Qarabağdan ermənilərin çox hissəsi sosial problemlərə görə uzun illər öncə başqa ölkələrə köçüb getmişdi. Digər tərəfdən köç edən ermənilər öz müsahibələrində də bildiriblər ki, Azərbaycan tərəfi onlara qarşı heç bir zorakı hərəkətlər etməyib, əksinə onlara nəvazişlə davranıblar. Görünən odur ki, həqiqi reallıqları AŞPA görmək istəmir. AŞPA-dakı ermənipərəst qüvvələr öz havadarlarının dediklərinə əməl etməyi beynəlxalq hüququn prinsiplərinə əməl etməkdən daha üstün tuturlar.

Daha bir üzücü məqam isə İlqar Məmmədovun sosial şəbəkə hesabında Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirəcək ifadələr işlətməsi oldu. Bu qədər həssas bir dönəmdə, ölkənin milli maraqlarını üstün tutmaq əvəzinə şəxsi maraqlarını üstün tutaraq Türkiyə əleyhinə əsassız iddihamlar söyləyən İlqar Məmmədov bilməlidir ki, Türkiyə-Azərbaycan münasibətləri hər hansı iki ölkə arasındakı qarşılıqlı münasibətlər deyil, qardaşlıq münasibətləridir. Türkiyə Azərbaycanın yanında olduğunu 44 günlük “Vətən” müharibəsində güclü iradəsi ilə bütün dünyaya göstərdi. Dəfələrlə bir çox siyasi platformada Türkiyə ölkəmizə olan siyasi dəstəyini açıq şəkildə ifadə etmişdir. Eynilə Azərbaycan da qardaş Türkiyəyə bütün siyasi platformalarda daim dəstək durur. Cənab Prezident İlham Əliyev bir çox xarici tribunalarda Türkiyəyə dəstəyini bildirmiş, bu iki dövlətin birliyi və həmrəyliyinin sarsılmaz olduğunu səsləndirmişdir.

Azərbaycan göstərilən siyasi təzyiqlərə, ikili standartlardan çıxış edən qərəzli qərarlara baxmayaraq prezident İlham Əliyevin öndərliyi ilə öz haqq yolunda inamla irəliləyəcək. Siyasi reallıqlar gec-tez öz həqiqi dəyərini görür. Azərbaycan xalqı bütün bu hadisələr kontekstində ölkə rəhbərinə güvənir və onu dəstəkləyir. Xalq-Prezident birliyi Azərbaycanın qarşısında duran istənilən maneəyə qalib gəlməyə qadirdir. Cənab Prezidentin də dediyi kimi: “Heç kim bizi haqq yolumuzdan döndərə bilməz”.

Son xəbərlər

Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq

Bakıda Azərbaycan-Ukrayna IT forumu keçiriləcək

Təhsil krediti alan tələbələrin əhatə dairəsi genişləndirilib

Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir"

Əli Əsədov: İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərlər Vaşinqtonda ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi

Salem Əl-Ketbi: Əliyev və Paşinyan Cənubi Qafqazda xəritələri və marşrutları yenidən formalaşdıra biləcək saziş imzalayıblar

Sabah yağış yağacaq - PROQNOZ

Bu il internat müəssisələrində valideynlərini itirmiş uşaqların sayı artıb

Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Bütün xəbərlər