{category-title}

TÜRK sözünün anlamı nədir?

Türkologiya, türk dilləri, onların arealı, yayıldığı coğrafiya məni daim maraqlandırıb. Hətta rus dilində nəşr edilmiş “Yüz türk etnosu” adlı kitabın tərtibçisiyəm.

Bunlar öz yerində.

Məni bu konuda daim bir fikir məşğul edib: əcaba, görəsən TÜRK sözü öz mənşəyini haradan götürüb?

Əlbəttə, bu istiqamətdə fərziyyələr, şərhlər, mülahizələr, mühakimələr çoxdur. Doğrusu, mövzuyla bağlı indiyəcən oxuduqlarımın və eşitdiklərimin heç biri məni qane etməyib.

Həmin doğma sözün izi ilə uzun bir yol yürüyüb “finişə” çatdım. Sən demə, Altaydakı bir sıra türk xalqlarının dilində (məsələn: telenqut və yaxud telengit dillərində -ruslar onlara “teleut” deyirlər) TÜRK sözünün konkret anlamı, mənası varmış. Belə ki, türk, türkindaş, türköndaş sözləri “doğma”, “yaxın”, “canbir”, “əziz olan” mənasında işlədilirmiş. Məsələn, “sən mənim türköndaşımsan” (yəni doğmamsan). Bu leksem dilimizdə möhkəm yer tutmuş “qar(ın)daş”, “sirdaş”, “yoldaş” sözləri kimi bizə yaxın, həm də...uzaq imiş...

...Bu günlərdə söhbətini TV-də dinlədiyim bir alim-ziyalının qənaətləri məndə bu “kəşfə” daha böyük və möhkəm əminlik hissi doğurdu. Belə ki, Altayın xalq şairi, Altay Yzıçılar Birliyinin sədri, türkoloq, şərqşünas, tərcüməçi, Altay xalqının qurultayında (1912) “El başçı” seçilmiş Brontoy Yanqi oğlu Bedürov öz teleçıxışında bu məsələyə bir xeyli işıq tutdu, aydınlıq gətirdi.

Orasını da deyək ki, zamanında Altayda Türkeş xaqanlığı da olub.

P.S. “Türk” sözü bəzi hallarda “truq” (“truk”) kimi də işlənib. Ehtimal etmək olar ki, rusların “druq” sözü də buradan yaranıb. Hərçənd ki, rus izahlı lüğətlərində “druq”un “derjat” sözündən yarandığı iddia olunur.

Bəzən “bizdən uzaqda” yaşayan türk soydaşlarımızın dilinə, mədəniyyətinə yaxından bələd olmamağımız bizi bir çox nəsnələrdən bixəbər edir.

Son xəbərlər

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Gürcüstanı Azərbaycanla birləşdirəcək yeni avtomagistralın inşası üzrə tenderin müddəti uzadılıb

DYP piyadalara müraciət edib

Azərbaycan nefti 95.5 dollara satılır

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

Bütün xəbərlər