{category-title}

“Smart Customs” tətbiqinə “SİMA İmza” ilə daxil ol!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza” Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirmək məqsədilə fəaliyyət dairəsini genişləndirməyə davam edir.

2022-ci ilin iyunundan Dövlət Gömrük Komitəsinə (DGK) məxsus e.customs.gov.az portalında elektron gömrük xidmətlərindən istifadə edən SİMA İmza sahibləri, artıq “Smart Customs” mobil tətbiqi vasitəsilə də eyni xidmətlərdən istifadə edə bilərlər.

Belə ki, DGK ilə aparılmış birgə işlər nəticəsində “SİMA İmza”nın komitəyə məxsus “Smart Customs” tətbiqinə inteqrasiyası uğurla tamamlanıb. Vətəndaşlar və fərdi sahibkarların “Smart Customs” tətbiqində şəxsi kabinetə digər giriş imkanları ilə yanaşı, “SİMA İmza” ilə də daxil olması imkanı yaradılıb. Bunun üçün istifadəçinin mobil cihazında SİMA tətbiqinin olması kifayətdir.

İstifadəçilər “Smart Customs” tətbiqində aşağıdakı əməliyyatları rahatlıqla icra edə bilərlər:

Elektron Ticarət - Sadələşdirilmiş bəyannamə verilməsi

Sərnişinlər üçün sadələşdirilmiş bəyannamə verilməsi

Gömrük ödənişlərinin hesablanması

Elektron növbə götürülməsi

Sürətli keçid əldə edilməsi

GÖÖEN (Gömrük ödənişlərinin ödəyicisinin eyniləşdirmə nömrəsi) alınması

Mobil cihazın gömrükdə bəyan edilib-edilmədiyinin yoxlanılması

Elektron hesab səhifəsi açılması

DGK-a elektron müraciət göndərilməsi

Qeyd edək ki, “SİMA İmza” həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma funksiyası istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

Vətəndaşların bu imkanlardan faydalanmaq üçün “SİMA İmza” tətbiqini mobil cihaza yükləməsi və bir dəfə qeydiyyatdan keçməsi kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.

SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Son xəbərlər

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb

Ukrayna Hikmət Hacıyevi təltif etdi

Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

"The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik

Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib

Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub

Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Bakıda oğurluq edən şəxslər saxlanılıblar

İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Xəzər dənizində zəlzələ olub

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

Bütün xəbərlər