{category-title}

Gündəm / Dünya
5.01.2024, 17:13
Rəisi təhdid etdi: Hücuma cavab veriləcək!

Kirmandakı partlayışların məsuliyyətini üzərinə götürən İŞİD ABŞ və İsrail tərəfindən yaradılıb və idarə edilir.
Bunu İran Prezidenti İbrahim Rəisi terror aktlarında ölənlərin dəfn mərasimində çıxış edərkən deyib.
O bildirib ki, ABŞ bölgədə islami dəyərlərə sahib başqa bir İsrailin formalaşdırmağa çalışırdı:
“Bu planları isə alınmadı. Mən bu hadisə ilə bağlı xalqımızı arxayın edirəm. Qisas təşəbbüsü İran Silahlı Qüvvələrinin əlindədir. Hücuma cavab veriləcək. Yer və vaxt ordumuz tərəfindən müəyyən ediləcək”.