{category-title}

Daşkəsəndə ər-arvadı öldürən şəxsə HÖKM OXUNDU

Daşkəsən rayon sakinləri 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədovu və həyat yoldaşı 1946-cı il təvəllüdlü Pəri Məmmədovanın oğurluq məqsədi ilə evinə daxil olub öldürməkdə təqsirləndirilən Şahin Ələsgərova hökm oxunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında o, ömürlük həbs cəzasına məhkum edilib.

İttiham aktına əsasən, Ş.Ələsgərov oğurluq məqsədi ilə ər-arvadın evinə hücum edib. Evdə olan pulları ələ keçirməyə çalışan Ş. Ələsgərova 86 yaşlı kişi və onun 77 yaşlı həyat yoldaşı müqavimət göstərib. Bu zaman o, özü ilə gətirdiyi taxta parçası ilə ər-arvadı döyərək qətlə yetirib.

Qeyd edək ki, Məmmədovların övladı olmayıb. Hər ikisi qəsəbənin kənar hissəsində yerləşən fərdi evdə yaşayan sakit insanlar kimi tanınıb. Hadisəni törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü Şahin Arif oğlu Ələsgərov isə rayon ərazisində "Şaka" kimi tanınıb. O, əvvəllər oğurluğa görə məhkumluq həyatı yaşayıb.

Ş.Ələsgərova qarşı Cinayət Məcəlləsinin 120.2.9 (xüsusi amansızlıqla qəsdən adam öldürmə və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürməyə cəhd), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 157.1-ci (mənzil toxunulmazlığını pozma), 177.2.3-cü (oğurluq), 81.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq), 296.2-ci (eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə) maddələri ilə ittiham irəli sürülüb./report.az

Son xəbərlər

WUF13 çərçivəsində ictimai nəqliyyatda görülən işlər açıqlanıb

Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var

Metroda zarafat edənlər cərimələnəcəklər - Ciddi xəbərdarlıq

Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb

Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb

BİZİM TƏQVİM:16 mayda baş vermiş tarixi hadisələr

Biləsuvarın bəzi ərazilərində üç saat işıq olmayacaq

WUF13 üçün onlayn qeydiyyat başa çatıb

Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır

Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib

Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib

Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb

Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır

BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır

Tramp iki günlük səfərindən sonra Çini tərk edib

İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib

Azad Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək

Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb

Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək

Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq

Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır

Bütün xəbərlər