{category-title}

Bakıda iflasa uğrayan Fransa kəşfiyyatı: Parisdən Azərbaycana qarşı TƏXRİBAT

Bu gün Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşı “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilib. Bu ölkənin Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.

Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib.

Qeyd edək ki, diplomatların ölkədən çıxarılması barədə qərar Fransa kəşfiyyatının Azərbaycandakı fəaliyyətinin ifşa olunmasından sonra berilib. Belə ki, Qərb mətbuatının mənbələrdən əldə etdiyi informasiyaya əsasən, araşdırma bir-biri ilə əlaqəli xüsusatlar şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı aspektləri üzə çıxarıb, uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib.

 

Bakıda iflasa uğrayan Fransa kəşfiyyatı: Parisdən Azərbaycana qarşı TƏXRİBAT

Müəyyən müddət ərzində bir qismi indi və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər təqdim edilib. Azərbaycan xüsusi xidmət orqanları tərəfindən istintaq olunan cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxs həbs olunub, bəziləri isə istintaq altındadır.

 

Beləliklə, Fransa kəşfiyyatı artıq Azərbaycanda agenturasını işə salıb, rəsmi Bakı isə Parisin təxribat fəaliyyətinin qarşısını alıb.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədri Səməd Seyidov iki fransız deputatın arzuolunmaz şəxs elan edilməsinin çox düzgün qərar olduğunu bildirib:

"Fransa beynəlxalq təşkilatların, Avropa Şurası və Avropa Parlamentinin içərisində Azərbaycana qarşı hiyləgərcəsinə öz ideoloji mübarizəsini aparır. Sözügedən təşkilatlardakı nüfuzlarından Fransa sui-istifadə edir. Artıq Azərbaycanın daxilində də provakasiyalar aparırlar. Ona görə də dövlət təhlükəsizliyi orqanları və Xarici İşlər Nazirliyi tamamilə düz addım atıblar. Bu gün parlamentdə də bu məsələləri ciddi müzakirə etdik. Fransa elə addımlar atır ki, onların heç biri insanlıqla, ümumbəşəri dəyərlərlə qəti üst-üstə düşmür. Türkəfobiya, Azərbaycanafobiya, islamafobiya, ksenefobiya Fransanın gündəlik siyasəti olub. Təəssüflər olsun ki, Makron Fransanı tamamilə dəyişdi. Vaxtilə Fransa Avropada azdan-çoxdan azadlıq haqqında danışmaq hüququna malik idi. İndi isə bu ölkə insan haqlarının pozulması və neokolonializm siyasətinin aparılması, islam dünyasına ağlasığmaz formada münasibətin göstərilməsi, xüsusilə də Azərbaycana qarşı ermənilərin zəhərindən istifadə edərək fəaliyyət göstərməsi kimi məsələlərdə birinci sıradadır".

Bakıda iflasa uğrayan Fransa kəşfiyyatı: Parisdən Azərbaycana qarşı TƏXRİBAT

S.Seyidov Azərbaycan hökumətinin bundan sonra daha da sərt addımlar atacağını istisna etmədiyini vurğulayıb:

"Gözümüzün qabağında, artıq Fransanın iki diplomatı ölkədən qovulur. Hamı da onların niyə qovulduğunu bilir. Biz həm daxildə, həm də xaricdə maraqlarımızı qorumuşuq, qoruyuruq və bundan sonra da qoruyacağıq. O cümlədən beynəlxalq müstəvidə Fransanın apardığı siyasəti ifşa etməyi davam etdirəcəyik. Biz millət vəkilləri kimi bunu deyirik. Fransa öz münasibətini dəyişməsə, Azərbaycan hökumət tərəfindən daha da kəskin addımlar atıla bilər. Görünən odur ki, Fransanın öz siyasətini dəyişmək fikri yoxdur. Ona görə ki, Makron erməni diasporu vasitəsilə itən nüfuzunu Fransada hansısa formada qoruyub saxlaya biləcəyini hesab edir. İtən nüfuzuna görə Fransanın milli maraqlarına uyğun gələn Azərbaycan milli maraqlarını bir qrup erməni diaspor nümayəndələrinə qurban edir. Faktiki olaraq, Fransanın milli maraqlarının üstündən xətt çəkir. Bu da prezidentə yaraşmayan addımdır. Faktiki olaraq prezidentliyə xəyanətdir. Öz maraqlarının üstündən xətt çəkib, kiminsə maraqlarını üstün tutmaq başadüşülən deyil. Makron isə buna gedir. Çünki siyasi karyerasının artıq süquta uğradığını bilir. Bilir ki, 2027-ci ildə seçilmək imkanı olmayacaq. O, bütün fəaliyyətlərinin ciddi təhlil olunacağını bilir. Buna görə də qorxur. Taleyindən qorxduğuna görə bu məsələləri ortaya atır ki, sabah həmən erməni diasporunun yaxasından yapışıb, özünə dividentlər əldə etsin. Başa düşə bilmir ki, erməni diasporu, xaricdə yaşayan erməni başbilənləri xəyanət etmək üzrə ustadılar. Onlar Türkiyəyə, bizə, Rusiyaya, hətta Qərbə xəyanət edib.  Paşinyan Avropa Parlementində Avropanın xoşuna gəlmək üçün Rusiyanı söyürdü, kömək istəyirdi. Bu gün  qaça-qaça Rusiyaya gedib. Ermənilərin xəyanət dövrü Türkiyədə yüz illərlə, Azərbaycanda 200 il, Rusiyada 3 il, Qərbdə 1 il olub. Bunların xəyanət dövrü məhdudlaşır. Tez başlayıblar. Deməli, bu xəstəlik inkişaf edir. Makron hansısa formada erməni diasporuna arxasını söykəyib kömək gözləyirsə, bilsin ki, onu hamıdan tez satacaqlar. Növbət prezident seçkilərində onun seçilmək hüququ yoxdur. Onu lazımsız istifadə olunmuş siyasi əşya kimi atacaqlar. Erməni diasporu başqa nüfuzlu siyasətçilərin dalınca qaçacacaqlar. Erməni lobbisinə kim arxalanırsa uduzur"

Son xəbərlər

Azərbaycanda Qurban bayramı qeyd edilir

İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir

İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik

ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO

Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik

Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"

İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək

Türkiyədə bələdiyyə sədri saxlanılıb

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb

Putin İlham Əliyevi təbrik etdi

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...

Metronun hərəkət qrafiki dəyişdirilir

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb

QMİ Qurban bayramı ilə bağlı fətva verib

Xəzər dənizində zəlzələ olub

Bütün xəbərlər