{category-title}

İşgəncəyə görə valideynlər məktəbə axışdı: Direktorla qarşıdurma - SƏS YAZISI + VİDEO

Bakı məktəblərində şagirdin zorakılığa məruz qalmasıyla bağlı daha bir xəbər yayılıb.

Suraxanı rayonundakı 89 nömrəli orta məktəbin 7-ci sinfində təhsil alan şagirdlərdən birinin ayaqyolunda zorakılıla üzləşməsi iddia edilib. Belə ki, həmin şagirdin anası qızının xəsarət izləri olan fotosunu yayaraq, onun bir neçə nəfər tərəfindən işgəncəyə məruz qaldığını bildirib. O, valideynlərin qrupuna səs göndərərək hər kəsi ehtiyatlı olmağa çağırıb.

Məsələ ilə bağlı məktəbin yaydığı məlumatda bildirilir ki, həmin şagird özü özünə xəsarət yetirib:

“Zərərçəkmiş məktəbli gözünün bağlı olduğunu və bunu kimlərin etdiyini görə bilmədiyini söyləyib. Məktəbli ilə birgə ayaqyolunda olan digər iki qız da dəvət olunub və onlar bu barədə heç bir məlumatlarının olmadığını söyləyiblər. Qeyd ediblər ki, zərərçəkmiş məktəbli qız "mənim işim var" deyərək onları yola salıb.

Məsələni aydınlaşdırmaq üçün şagirdin valideyni məktəbə dəvət olunub. O, məsələnin araşdırılmasında iştirak edib. Evə qayıtdıqdan sonra valideyn övladının gizlətdiyi kəsici aləti tapdığı haqqında məlumat verib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Araşdırma zamanı məlum olub ki, şagird özü-özünə xəsarət yetirib və qorxduğu üçün yalan söyləyib”.

Bu gun isə məktəbdə təhsil alan şagirdlərin valideynləri məktəbə gediblər və orada gərginlik yaranıb. Valideynlərlə məktəb rəhbərliyi arasında mübahisə düşüb. Valideynlər bildirib ki, məktəbdə tez-tez neqativ hallar baş verir , uşaqlar arasında dava, hətta narkotik çəkmə halları, kriminal üslubda hesablaşmalar olur. Onlar bildirib ki, bu yaxınlarda uşaqlar arasında bıçaq davası da baş verib. Valideyinlər bu məslələrə əncam çəkməyi tələb ediblər. Hətta valideynlərin direktora hücum etdiyi, onların qarşısının çətinliklə alındığı da bildirilir.

Qeyd edək ki, dünən axşam digər bir təhsil ocağında - Ramanadakı 90 nömrəli orta məktəbdə ikinci sinif şagirdi olan qızın döyülməsi xəbəri sosial şəbəkələrdə ajiotaja səbəb olub. Təhsil Nazirliyinin yadığı məlumatda isə şagirdin döyülmədiyi, yıxılıb əzildiyi bildirilib.(Bakupost.az)

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər