{category-title}

 
Elçin Quliyev generalı təntənə ilə yola saldı
Bir müddət öncə sağlamlığında olan problemlərə görə, öz müraciəti əsasında Dövlət Sərhəd Xidməti Kadrlar Baş İdarəsinin rəisi vəzifəsindən azad olunan general-mayor Ayaz Hüseynov Silahlı Qüvvələrin ehtiyatına buraxılıb.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev generalı qəbul edərək onun çalışdığı illər ərzində böyük xidmətləri olduğunu diqqətə çatdırıb, peşə fəa­liy­­yətini yüksək qiymətləndirib.
Elçin Quliyevin tapşırığı əsasında Xidmət rəisinin müavini general-leytenant Cavid Abdullayevin iştirakı ilə Ayaz Hüseynovun hörmətlə yola salınması üçün onun tabeliyində olmuş şəxsi heyətlə səmimi bir görüş də keçirilib. C. Abdullayev isə görüşdə bildirib ki, Xidmət rəhbəri Ayaz Hüseynova Dövlət Sərhəd Xidmətində fəaliyyətini davam etdirməyi təkidlə təklif etsə də, bir müddət öncə keçirdiyi avtomobil qəzasının səhhətində yaratdığı problemlər səbəbindən işləməkdən imtina edib. Görüşün sonunda A. Hüseynov çalışdığı müddətdə ona göstərilən etimad və diqqətə görə ölkə rəhbərliyinə və xidmət rəisinə dərin münnətdarlığını bildirib.
Qeyd edək ki, Ayaz Hüsey­nov Dövlət Sərhəd Xidmətində 20 ildən artıq bir müddətdə qüsursuz xidmət edib.  Vətənpərvərliyi, döv­lətə sədaqəti və peşəkarlığı ilə seçilən zabit olduğu üçün onun xidməti fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Tərəqqi” medalları ilə təltif edilib. Gənc yaşlarından general-mayor rütbəsinə layiq görülərək, ölkənin ən gənc generallarının sırasına daxil olub. 44 günlük müharibədən sonra ölkə başçısının Sərəncamı ilə “Vətənə xidmətə görə ordeni” ilə təltif olunub. Müharibə veteranıdır.

Son xəbərlər

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib

Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL

Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB

Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Azərbaycan XİN Uruqvayı təbrik edib

Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər