{category-title}

Günün qoroskopu: Yaxınlarınıza münasibətlərdə həssas olun

Qoç - sıx, dərin və emosional təmaslar zamanıdır. Təhlükəsizlik, müdafiədə olmaq hissi yaşamaq istəyirsiniz. Kənar təsirdən, xüsusilə də təzyiqdən qorunun. Başladığınız işdə ləngitmə və axsamalara yol verməyin.

Gələn xəbərlərə diqqət yetirin, yenilikləri təhlil edin.
Günün ikinci yarısında dəvət aldığınız tədbirə yollanın. Fəallığa kəskin ehtiyac duyulan yerdə ətalətli olmayın.

Gərəksiz hisslərdən qurtulun. Köhnə əşyaya yeni istifadə müstəvisi və ya sahəsi tapın.

Buğa - işə münasibətdə ciddi dəyişikliklər olacaq. Ümumi planlar, sifariş və ya məqsədiniz olan insanlarla təmaslarda diqqətli olun. Cari problemlər sizi gərəkdiyindən artıq narahat etməsin. Təşvişə düşməyin. Cari işlərlə məşğul olun.

Qüvvənizi bərpa etməyə çalışın. Günün ikinci yarısı alış-veriş üçün münasibdir. Yaxınlarınızla münasibətlərdə yaranan gərginliyi dərhal aradan qaldırın, vəziyyəti ağırlaşdırmayın.

Axşam saatlarında xoş istirahətə çalışın.

Əkizlər - maliyyə məsələlərində diqqətli olun. Qənaətli davranın. Məqsədə çatmaq üçün səylə çalışmağınız gərəkdir. Diqqət mərkəzində saxlamağa ehtiyac duyulan obyektlərin sayı sürətlə artır. İşi effektiv etməyə çalışın, yardımçı və ya sizə dəstək ola biləcək insan arayın.

Pozitiv emosiyalar istisna deyil.

İnformasiya axtarışı, bilik və təcrübənin artırılması üçün əlverişli zamandır.

Xərçəng - hadisələrin axarında dəyişikliklərə hazır olun. Şərtlərin və hadisələrin ərəfə siqnallarının yenilənməsini sezin. Borcları qaytarın, vədləri yerinə yetirin, istəkləri nəzərə alın.

Yenilənmə üçün əlverişli zamandır.
 

Günün ikinci yarısını etibar etdiyiniz insanlarla keçirin. Ailə üzvləri və xüsusilə də yaşlı qohumlarla ünsiyyətdə həssas olun. Sizdən diqqət, qayğı gözləyirlər.

Şəxsi münsibətlərdə tələsməyin. Sevdiyiniz insanın reaksiyalarına fikir verin.

Şir - bu günlərdə başladığınız işi davam etdirmək və bitirmək üçün əla gündür. Səhhətinizə fikir verin. İş qrafikində köklü olmasa da, dəyişikliklər etmək olar.
 

Yaxın ətrafınızdakı insanlarla təmaslarda birmənalı olmayan motivlər və situasiyalar yarana bilər. İnsanlar həmin insanlardır, amma hisslər və mövqelər dəyişir.
 

Bəzi münasibətlərdə durğunluq hiss etsəniz, ünsiyyət stilini dəyişin. Xəbərlər və dəyişiklikləri təhlil edin.

Axşam saatlarında səs-küylü tədbirə qatılmayın.

Qız - aktiv tədqiqatlar və səs-küylü araşdırmalar üçün əlverişli gün deyil. Başladığınız işləri mütləq başa vurun. İstirahət və əyləncə zamanı deyil. Maraqlandığınız, həzz ala biləcəyiniz işi seçin. Nəticələr sizi razı salmalıdır. Son vaxtlar aramsız hiss olunan gərginliyə son qoya biləcək olaylar baş verə bilər.
 

Ailə təmasları və sizin üçün mühüm əlaqələrdə emosiyalar çoxdur.

Axşam saatlarını rahat, komfortlu şəraitdə keçirin.

Tərəzi - güzəşt, kompromis günüdür. Konkret şəxsə görə bəzi maraq və ya niyyətinizdən imtina etməyiniz gərəkdir. Belə vəziyyətdə intuisiyanıza güvənin.

Yeni istiqamətdə hərəkətinizi sürətləndirin. Bəzi situasiyalar aydınlaşır. Kiminlə plan qurmağın, kiminlə işləməyin asılı olduğu mühüm məsələlərə cavablar aşkarlanır.
 

Yaşam arealının rekonstruksiyası, təmir-tikinti işləri, qayda yaratmaq üçün əlverişli zamandır.

Hisslərinizdə sakitlik, qarşılıqlı anlaşmaya, stabilliyə can atırsınız.

Əqrəb - yeni, əhəmiyyətli olay yaşanmayacaq. Hadisələr rəvan məcradadır. Günlə bağlı xüsusi, əlahiddə planlar qurmayın. Cari, rutin işlərlə məşğul olun. Tənbəllik etməyin, aktiv olun. Ətalətə və süstlüyə qapılmayın.

Artıq yükə çevrilən təmaslar, hisslər və əşyalardan qurtulun. Pozitiv dəyişikliklər üçün məkan hazırlayın.

Axşam saatlarını xoş ünsiyyətə həsr edin.

Oxatan - başladığınız işdə qətiyyətli və diqqətli olun. Kiçik maneələr, mənasız iddialar sizi yolunuzdan döndərməməlidir. İşdə cərəyan edən yeni prosesə laqeyd seyrçi olmayın.
 

Ünsiyyət intensiv və emosional olacaq. Yaxınlarınız həddən ziyadə tələbkardır. Onların nigaranlığına səbəb olmadığını anladın.

Axşam saatlarında ailəvi istirahəti seçin.

Oğlaq - qayda yaratmaq və müəyyənlik yaratmaq istədiyiniz sahədə, mövzuda irəliləyiş üçün əlverişli gündür. Planlar, hadisələr və emosiyaların tam əksəriyyəti sizə önəmli insanlarla bağlıdır. Hadisələr plan üzrə getməzsə, reaksiya və nəticələrdə tələsməyin.
 

Situasiyaya təsir üçün ətrafınızdakı insanları narahat etməyəcək, daha konstruktiv variantlar seçin. Yardıma ehtiyacı olan insana kömək edin.

İdealınıza, məqsədinizə yaxınlaşmaq üçün yaxşı gündür.

Axşam saatlarını istirahətə həsr edin.

Dolça - ailə üzvləri ev işləri və qayğıları ətrafında birləşir. Səhər saatlarından etibarən ciddi, böyük işə başlamaq olar.
 

Təmir və yerdəyişmə üçün uğurlu gün deyil. Xaosun müşahidə olunduğu sahələrdə qayda yaratmağa çalışın. İşləri nizama salın. Köhnə planlardan birinə qayıdış mümkündür. Gərəksiz saydığınız ideya və ya əşyalardan biri karınıza gələ bilər. Kreativ olun.

Yaxınlarınıza münasibətlərdə həssas olun.

Balıqlar - yaxınlarınıza əməli və emosional dəstək olun. Özünüzü təhlükəsizlikdə hiss etmək istəyəcəksiniz. Yaşananları müşahidə edin. Olayların öz axarı ilə davam etməsi mümkündürsə, hadisələrə müdaxilə etməyin.

Yaşam arealı və iş məkanında qayda yaradın.

Günün ikinci yarısında sayıq olun. Niyyətiniz ciddidirsə, şəxsi münasibətlərdə müsbət dəyişikliklər ehtimalı var.

Sevdiyiniz insanın istək və maraqlarına diqqətlə yanaşın. Gələcəklə bağlı planları müzakirə edin.

Son xəbərlər

Axtarışda olan 83 nəfər saxlanılıb

Qazaxda yol qəzasında 3 nəfər xəsarət alıb

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub

Avroparlanmentin Türkiyəyə qarşı iddiası – qeyri-ciddi orqana çevrilən məclis - ŞƏRH

Azərbaycan və Moldova hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edib

Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir - RƏSMİ

Kəlbəcərdə mina partlayışı olub

Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq

Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı?

Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir

İqtisadi sahədəki bəzi cinayətlərə görə məsuliyyətin ləğv edilməsi son oxunuşda qəbul edilib

Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib

PUA hücumları nəticəsində Rusiyada NEZ və neft məhsulları saxlanılan obyektlərdə yanğınlar olub

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Sabah 37 dərəcə isti olacaq

Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib

“Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab

Bağçalara sənəd qəbulu başlayır - valideynlər nəyi bilməlidir?

Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər

Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

Tramp: Putin və Zelenski - güzəştə getməyən danışıqçılardır

Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub

Bütün xəbərlər