{category-title}

Heydərov Bişkekdə mühüm tədbirdə iştirak edir - Video

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 56-cı sessiyası öz işinə başlayıb.

Tədbirdə ölkəmizi fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

İki gün davam edən sessiyada Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının Prezidenti və Vitse-Prezidenti vəzifələrinə seçkilərin keçirilməsi, İcraiyyə Şurası tərəfindən BMMT-nin 2024-cü il üçün büdcə layihəsi ilə bağlı müzakirələrin aparılması, o cümlədən seminar və treninqlərin mövzularının təsdiq edilməsi nəzərdə tutulur. Sessiyada, həmçinin təşkilata üzv ölkələrdə mülki müdafiə işinin vəziyyəti, təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlıq plarformasının daha da möhkəmləndirilməsi məsələləri və digər mövzularda müzakirələr aparılır.

Sessiya çərçivəsində nazir Kəmaləddin Heydərov Qırğız Respublikasının Nazirlər Kabinetinin sədri Akılbek Japarov ilə görüşüb.

Görüş zamanı nazir Azərbaycanda fövqəladə hallarla mübarizə və mülki müdafiə sahəsində görülən işlərdən danışıb. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin strukturu və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verən K.Heydərov iki ölkənin fövqəladə halların idarə edilməsinə məsul qurumları arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin əhəmiyyətinə toxunub.

Qırğızıstanın Nazirlər Kabinetinin sədri Akılbek Japarov iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişafından məmnunluq ifadə edib, uyğun qurumlar arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu diqqətə çatdırıb.

Bundan əlavə, sessiya çərçivəsində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeev arasında ikitərəfli görüş keçirilib.

Görüşdə fövqəladə halların idarə edilməsi sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən “Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin, habelə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyi arasında 2022-2025-ci illər üçün əməkdaşlıq Planı”nın müvafiq müddəalarının icrası ilə bağlı gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bişkek şəhərində keçirilən Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 56-cı sessiyası çərçivəsində Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri general-leytenant Aleksandr Kurenkovla görüşüb.

Görüşdə iki nazirlik arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın hazırki vəziyyətindən məmnunluq ifadə olunub, əlaqələrin daha da genişləndirilməsinin qarşılıqlı faydası qeyd olunub və digər məsələlər geniş müzakirə edilib. Nazir A.Kurenkov 2010-cu ildə Rusiyada baş vermiş dəhşətli meşə yanğınları ilə mübarizə tədbirləri çərçivəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin göstərdiyi köməkliyi xatırladaraq təşəkkürünü çatdırıb.

Sessiya çərçivəsində Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi xanım Mariatu Yapla görüşüb.

Görüşdə dünyada böhran və fəlakətlərə çevik reaksiya verilməsində BMMT-yə üzv ölkələrin rolu yüksək qiymətləndirilib və fövqəladə hallarla mübarizə üzrə ölkələrin uyğun qurumları arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin əhəmiyyətinə toxunulub. Bu sahədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti qeyd olunaraq, təşkilata üzv ölkələrin müvafiq qurumlarının mütəxəssislərinin ixtisaslarının artırılması üçün FHN Akademiyasının geniş imkanlara malik olduğu vurğulanıb.

Son xəbərlər

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb

Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək

Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək

Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir

Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib

Ərdoğan futbolçuları belə təbrik etdi - Video

Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub

Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO

Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib

Son 8 ayda ölüm sayı açıqlanıb

Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Keçmiş icra başçısı vəfat etdi

Bakıda qadın evdə doğuş etdi

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Bütün xəbərlər