{category-title}

Fələstinin Azərbaycandakı səfiri bəyanat yaydı
Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim son hadisələrlə bağlı bəyanat yayıb. 
Bəyanatda deyilir:
"Ürək parçalayan görüntüləri tanış hisslərlə dəhşət içində izləyirəm, lakin indi ilk dəfə idi ki, bu ölçüyəgəlməz kəskin ağrı hər iki tərəfdə paylaşılırdı. Biz kim tərəfindən olursa-olsun, sivil insanların hədəf alınmasına qarşıyıq və hər yerdə həyatlarını itirən günahsız insanların yasını tuturuq və bilirik ki, on illərdir günahsız fələstinlilərin həyatları riskə məruz qalıb və bu həyatlar da hər kəsin həyatı kimi dəyərlidir.
Əhalinin məskunlaşdığı ərazilərdə hər nöqtəni hədəfə alan intensiv, ardıcıl bombardman, ətraf yaşayış yerlərinin yox edilməsi, insanların on yeddi ildir qəfəsdə saxlanıldığı dünyanın ən böyük açıq hava həbsxanası, dünyada özlərini beynəlxalq hüququn müdafiəçiləri olduqlarını iddia edən beynəlxalq arenadakı bəzi güclərdən kart-blanş aldıqdan sonra himayədarlarının xeyir-duası ilə nüvə dövləti olan İsrail tərəfindən həyata keçirilən kollektiv cəzalandırma beynəlxalq hüquqa əsasən müharibə cinayətidir.
1967-ci ildən İsrail aparteid rejimi bütün amansız üsullarından istifadə edərək, insanlıq tarixində ən uzunmüddətli hərbi işğalın icraçısıdır.
BMT-nin yüzlərlə qətnaməsinə və Beynəlxalq Humanitar Hüquqa zidd olan İsrailin amansız cinayətlərinə qarşı biz dünya güclərindən eyni hiddəti və canfəşanlığı görmədik. Əksinə, onlar İsrailin amansız müstəmləkəçi aparteid sistemini bütün siyasi, diplomatik və hərbi örtüklərlə bu qeyri-insani situasiyanı tamamilə siyasi cəzasızlıqla həyata keçirmək üçün lazım olan alətlərlə maliyyələşdirir. İroniya ondadır ki, həmin bu eyni güclər yalnız sözdə iki dövlət haqqındakı qətnaməni dəstəkləyir, amma BMT və planetin 2/3-nin əksinə işğal edilmiş Fələstin Dövlətini tanımaqdan imtina edirlər. Bu, can verən sülh prosesinə stimul verən simvolik və substantiv jestdir.
Sülh yolu ilə həllə sadiqliyi ilə tanınan Fələstin rəhbərliyi artıq illərdir, hər hansı siyasi üfüqün yoxluğunda status-kvonun dayanıqlı olmaması barədə xəbərdarlıq edir. Çünki ədalətli sülhə nail olmaq üçün bütün yollar İsrail tərəfindən bloklanır. Bu, çoxillik münaqişənin davamını və onun yol açacağı qaçılmaz şiddət partlayışlarını öz ardından gətirəcək.
BMT-nin müvafiq qətnamələrini yerinə yetirmək və məsuliyyətə cəlb edilməklə Fələstinin İsrail tərəfindən bitmək bilməyən işğalına və aparteid rejiminə son qoyaraq davam edən faciəvi situasiyanın qarşısını almaq və minlərlə insanların həyatlarını xilas etmək olardı. Həyatı heç də israillilərdən az dəyərli olmayan Fələstin xalqı paytaxtı Şərqi Qüds olan öz müstəqil dövlətlərində qürurla və bütün xalqlarla sülh içində yaşamağa layiqdir və buna bütün hüquqları var. Sülhün əsl ünvanı geosiyasi dolanbaclar yox, Fələstindir”, - deyə səfir bəyanatında bildirib
Fələstinin Azərbaycandakı səfiri bəyanat yaydı
Fələstinin Azərbaycandakı səfiri bəyanat yaydı

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər