{category-title}

Gündəm / Dünya
25.08.2023, 10:55
“Rusiyanın B planı var”
“Rusiya Ukraynaya hərbi yolla qalib gələ bilməyəcək”.
Bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “Azadlıq” radiosuna müsahibəsində deyib.
“Buna görə də, onun B planı var. Bu plan isə ölkə daxilində vəziyyəti destabilizə etməkdən ibarətdir. Ukraynalılar ayıq-sayıq olmalıdırlar”, - deyə Danilov qeyd edib.