{category-title}

Prokurorluq Elşad Kəlbəliyevlə bağlı hökmdən protest verdi
Prokurorluq Bakıda 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin hökmündən protest verib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
"Kəlbəliyev Elşad Məhərrəm oğlunun təqsirləndirildiyi əməlin Cinayət Məcəlləsinin daha yüngül maddəsinə tövsif edilməsi və cəzasının azaldılmasına dair Bakı Apellyasiya Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qərarından Baş Prokurorluq tərəfindən Ali Məhkəməyə kassasiya protesti verilib", - məlumatda qeyd olunub.
Qeyd edək ki, 2021-ci il iyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini E.Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub. Nəticədə M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyevə və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərilib.
Daha sonra E.Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.
E.Kəlbəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 263-1.4 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə təqsili bilinərək 9 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə həbs müddətini 8 ilə endirib. Bu ilin fevralında müdafiə tərəfi və zərərçəkmiş şəxslərin hüquqi varislərinin şikayəti ilə Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını tamamilə ləğv edərək, işi geri qaytarıb.
Bakı Apellyasiya Məhkəməsində baxılan iş üzrə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Hakim Fərid Əyyubovun sədrlik etdiyi hakimlər heyəti tərəflərin fikirlərini dinlədikdən, təqdim edilən sübutlara qiymət verdikdən sonra belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs hadisə vaxtı içkili olmayıb. Qərara əsasən, E.Kəlbəliyevin cəzası 8 ildən 5 ilə endirilib.
Xatırladaq ki, E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub.

Son xəbərlər

Zelenski Rusiya-Ukrayna-ABŞ görüşünün uğurlu olacağına ümid edir

Rubio: Tramp Xamenei ilə görüşməyə hazırdır

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Azərbaycanda 19 min nəfərə yeni silahlardan istifadə qaydaları öyrədilib

Müdafiə Nazirliyi: Azad olunan ərazilərdə 571 km-dən artıq yol bərpa edilib

Prezident İlham Əliyev Münxendə bolqarıstanlı həmkarı ilə görüşüb

Rəsmi Ankara: İran-ABŞ danışıqlarının Omanda keçirilməsi Türkiyəni narahat etmir

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu vəsaitlərin yerləşdirilməsi üzrə banklar arasında müsabiqə elan edib

Əli Əsədov qısamüddətli məzuniyyətə çıxıb

Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - FOTO

Rusiya Ukraynaya ballistik raket və 112 PUA ilə hücum edib

Laçında yerləşən SES-də 5 ildə istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

XXV Qış Olimpiya Oyunlarında növbəti yarışlar keçiriləcək

Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından 70 il ötür

Premyer Liqa: XX tura iki oyunla start veriləcək

KİV: ABŞ İrana qarşı uzunmüddətli hərbi əməliyyata hazırlaşır

Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT

Nazir direktoru işdən çıxardı

Armen Qriqoryan: Türkiyə ilə razılaşmaların icrası ilə bağlı müzakirələri davam etdiririk

İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb

Böyük Qayıdışın möhtəşəm mənzərəsi - VİDEO

Estoniya səfiri iqamətgahını Gürcüstandan Ermənistana köçürür

Prezident İlham Əliyev Almaniyada səfərdədir

Türkiyədə sel təhlükəsinə görə bəzi məktəblərdə tətil elan edilib

Bütün xəbərlər