{category-title}

AZƏRBAYCAN SOSİALİST HƏRƏKATININ SOSİALİST İNTERNASİONALINA ETİRAZ MƏKTUBU

Sosialist İnternasionalı Dağlıq Qarabağda guya artan humanitar böhranla bağlı həqiqətdən uzaq əsassız, dezinformasiyadan, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaqdan ibarət bəyanat yaymışdır.

Ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran”la bağlı Sosialist İnternasionalın heç bir sübuta, dəlilə, istinad olunmayan bəyanatı təsdiq edir ki, onlar regiondakı vəziyyətlə bağlı düzgün məlumata malik deyillər. Bəyanatda yanlışlıq o həddə çatmışdır ki, Azərbaycanın əzəli və qədim torpağı Dağlıq Qarabağ Ermənistan kimi təqdim olunur və guya Laçın dəhlizinin Azərbaycan tərəfindən davamlı şəkildə blokadaya alınması “Ermənistanın ərzaq, dərman, qaz və elektrik enerjisindən məhrum olması sürətlə regionda aclıq və humanitar fəlakətlə nəticələnir” - cəfəngiyyatı uydurulmuşdur.

Azərbaycan sosialistləri Sosialist İnternasionalın bəyanatında qeyd edilən Ermənistanın ölkəmizə qarşı təbliğ etdiyi “blokada” və ya “humanitar böhran” ilə bağlı bütün əsassız və sübutu olmayan iddiaları qətiyyətlə rədd edir. Sosialist İnternasionalın bu bəyanatı Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təcavüzkar ermənilərin təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyasına yersiz dəstəkdir.

Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən humanitar yüklərin yerli sakinlərə çatdırılması üçün Ağdam-Xankəndi yolundan istifadə edilə bilər və bunun üçün ermənilər bu yolda quraşdırdıqları beton bloklar və bütün digər fiziki maneələri aradan qaldırılmalıdırlar. Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Bu yol Azərbaycanın əsas nəqliyyat marşrutlarından birinə - “İpək Yolu” və ya M2 avtomobil yolu kimi tanınan və beynəlxalq bazarlara etibarlı əlaqəni təmin edən magistral yolu ilə bağlıdır. Uzunluğu 59 kilometr olan, və əyri-üyrü, dolama dağ yolları ərazisindən keçən Laçın-Xankəndi yolu ilə müqayisədə bu yol Ağdamla Xankəndi arasında cəmi 18 kilometrdir.

Vəziyyətdən çıxış yollarını tapmaq üçün Azərbaycanın Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə sıx əməkdaşlıq etməsinə baxmayaraq, Ermənistan diplomatik səylərə qəsdən maneçilik törədir, beynəlxalq səviyyədə manipulyasiya və çaşqınlıq səylərini davam etdirir və regionda gərginliyi süni şəkildə artırır.Humanitar yüklərin Dağlıq Qarabağa çatdırılmasında Azərbaycan tərəfindən heç bir maneə yoxdur. Ermənistanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə meydan oxumaqla və yerli etnik erməni sakinlərinin reinteqrasiyasına mane olmaqla humanitar məsələlərdən öz çirkin siyasi məqsədləri üçün istifadə edir.

Bəyanatda qeyd edilən soyqırımı ilə bağlı iddialar da yalan və cəfəngiyyatdan başqa bir şey deyildir. Çox təəssüf ki, Errmənistanın Azərbaycana qarşı manipulyasiya və aldadıcı kampaniyası özünü müstəqil ekspert kimi təqdim edən Luis Moreno Okamponun qondarma, qeyri-dəqiq “rəyi”ndə də nümayiş olunur və məlum bəyanatda ona istinad edilir. Sosialist İnternasionalın əksər üzv partiyalarına yaxşı məlumdur ki, hazırda Azərbaycanın Qarabağ bölgəsində soyqırımı törədildiyini iddia etmək üçün heç bir əsas yoxdur. Bu cür yalan üzərində qurulmuş bəyanatlar verməkdənsə, biz çox istərdik ki, Sosialist İnternasionalı beynəlxalq tərəfdaşların fəal iştirakı ilə normallaşma prosesinin intensivləşdirilməsi üzrə birgə səylər göstərsin. Sosialist İnternasionalın nəzərinə çatdırırıq ki, Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyası siyasətini həyata keçirir və Azərbaycan Konstitusiyasında və Azərbaycanın imza atdığı bütün müvafiq beynəlxalq insan hüquqları mexanizmlərində nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara zəmanət verir.

Ümid edirik ki, Sosialist İnternasionalı bundan sonra bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi yolu ilə hər iki ölkənin legitim maraqlarına uyğun olaraq, bərabər və qarşılıqlı hörmətə əsaslanan yanaşma nümayiş etdirəcək.


Ədalət Abdinov,
Azərbaycan Sosialist Hərəkatının sədri

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər