{category-title}

"Simonyanın açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir" - Milli Məclis


Ermənistan parlamentinin spikeri Alen Simonyanın Laçın-Xankəndi yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ilə bağlı sosial şəbəkələrdə verdiyi açıqlama qəbuledilməzdir. Bu, Azərbaycanın daxili işlərinə növbəti müdaxilə cəhdidir və bölgədə sülh və əmin-amanlığa töhfə vermir”.

Bu barədə Azərbaycan Respublikası Milli Məclisi Mətbuat xidmətinin Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi haqqında bəyanatı ilə bağlı mətbuata açıqlamasında deyilir.

Qeyd edilib ki, Ermənistan rəsmiləri, həmçinin, parlamentin spikeri açıqlama və bəyanatlarında beynəlxalq birliyi Azərbaycana qarşı qarayaxma kampaniyasına alət etmək, o cümlədən bu məqsədlə Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarını təhrif etmək cəhdlərindən çəkinməlidir.

"Vurğulamaq lazımdır ki, sərhəd təhlükəsizliyinin, o cümlədən, hərəkətin təhlükəsizliyinin təmin edilməsi milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir. Laçın yolunda sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin qarşısının alınması və sərhəd təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Hökumətinin legitim hüququdur. Azərbaycan Hökumətinin bu qərarı da qanunsuz hərəkətin qarşısını almaq, ölkə ərazisinə nizamlı giriş və çıxışı təşviq etmək məqsədinə xidmət edir.

Ermənistan tərəfinin bu qərarın guya Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli bəyanatına zidd olması yönündə iddiaları tamamilə əsassız və həqiqətdən uzaqdır. Məhz Ermənistan sözügedən bəyanatın müddəalarını kobud şəkildə pozaraq, ötən müddət ərzində Laçın yolundan qanunsuz hərbi məqsədlər üçün istifadə edib. O cümlədən üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq, Azərbaycan ərazisində qalmaqda davam edən erməni silahlı birləşmələrinin şəxsi heyətinin rotasiyası və silah və sursatın daşınması həyata keçirilib. Yol vasitəsilə minaların daşınaraq sonradan Azərbaycan Respublikasının suveren ərazilərində basdırılması xüsusilə ağır fəsadlar doğurub, mina partlayışları nəticəsində çoxlu sayda vətəndaşımız həlak olub və yaralanıb.

Azərbaycan Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrin və humanitar yüklərin maneəsiz hərəkətini tam təmin edir.

Ermənistan tərəfini regionda gərginliyi artıracaq hərəkətlərdən, sülh danışıqlarına müxtəlif bəhanələrlə maneçilik törətməkdən çəkinməyə, ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında Azərbaycanla münasibətlərin qurulması səylərinə məsuliyyətlə yanaşmağa çağırırıq", - açıqlamada deyilir.

Son xəbərlər

Azərbaycanda bir sıra elektron reyestrlə bağlı informasiya sisteminin əsasnaməsi təsdiqlənib

AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib

Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu

Taleh Kazımov: "Bankların xidmət tariflərinə müdaxilə etmirik"

Mais Məmmədov: Zamanın fövqündə duran lider: Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycanın sarsılmaz yüksəliş yolu

Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur

Sabah 23 dərəcə isti gözlənilir

Məcnun Məmmədov: "Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq"

İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək

WUF13-ün proqramı açıqlanıb

Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı - Müraciət

Bu günün valyuta məzənnələri

Krıma PUA hücumu zamanı beş nəfər ölüb

Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb

Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu

Sumqayıtda avtomobil yolu çöküb

Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək

Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib

Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib

Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb

Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur

Azərbaycanda ən populyar mobil cihazlar - SİYAHI

Bütün xəbərlər