{category-title}

Alimlər Avropa üçün yeni təhlükəni proqnozlaşdırırlar

"İstənilən şəxs MyGov-a daxil olub "Sorğulanmış məlumatlarım" bölməsini seçəndə görəcək ki, xeyli sayda dövlət və özəl qurum, banklar sizdən xəbərsiz fərdi məlumatlarınıza baxıb. Bəzən isə burada hətta sizin şəxsi məlumatlarınıza baxanların uzun bir siyahılarını görə biləcəksiniz".

Bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hərdən özü təəccüblənir ki, banklarda olanlar gecə-gündüz bilmədən, dövlət sistemlərində olan bu şəxsi məlumatları necə və nə üçün toplayırlar:

"Hansı ki, vətəndaşın razılığı olmadan bu qanunsuzdur. Proses adətən belə baş verir. Qurumlar, banklar da bilir ki, vətəndaşın hansısa bir razılığı olmadan bunu etmək qanunsuzdur və onu məhkəmə gözləyə bilər. Odur ki , vətəndaş nə zamansa identifikasiya olunmadan, adi bir loginlə harasa daxil olub xidməti almaqla bağlı nəyisə təsdiqləyəndə, qurumlar, banklar dərhal, heç vətəndaşın xəbəri olmadan da fərdi məlumatlarına baxmaq razılığı da alırlar. Bunlar hamısı yolverilməzdir. Uzun müddətdir ki, proses bu qaydada davam edir. İndi isə bunun qarşısını almaq üçün bildiyim qədər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yeni bir mexanizm hazırlayıb. Qurum bir neçə hökumət portalını özündə birləşdirən Super Portal və onun əsasında mobil Rəqəmsal Cüzdan da hazırlayır. Hansı ki, burada vətəndaşın şəxsi kabineti nəzərdə tutulub və elə burada da, qurumlardan bildirişlər almaq, sorğulanmış məlumatlarına münasibət bildirmək imkanı yaradılıb".

O.Gündüz bildirib ki, artıq vətəndaşın razılığı olmadan hansısa bank və ya qurum onun fərdi məlumatlarına baxa bilməyəcək:

"Yeri gəlmişkən, Super Portalda və Cüzdanda olan bir çox məlumatlar da artıq sadəcə məlumat deyil, data əsaslı "rəqəmsal sənəd" statusuna malik olacaq. Bir neçə il öncə Avropada fərdi məlumatların qorunması ilə bağlı tam yeni standartlar hazırlanıb. RİNN açıqlama verib ki, bu standartlar əsasında "Fərdi məlumatlar haqqında" yeni qanun layihəsi də hazırlayıb və hökumətə təqdim edib".

Son xəbərlər

Naxçıvan Rəssamlar Birliyinə sədr seçilib

Qəbələdə bir küçədə qaz təchizatı dayandırılıb

Allahşükür Paşazadə: Həccdə olan zəvvarlar ziyarətlərini tamamlayıblar

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

Prezidentin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib

Azərbaycanda Qurban bayramı qeyd edilir

İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir

İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik

ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO

Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik

Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"

İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək

Türkiyədə bələdiyyə sədri saxlanılıb

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb

Putin İlham Əliyevi təbrik etdi

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...

Metronun hərəkət qrafiki dəyişdirilir

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

Bütün xəbərlər