{category-title}

Sosial şəbəkədə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçəcəyik?

 Bir neçə gün öncə ABŞ prezidenti Donald Tramp ölkəsində sosial şəbəkələrin fəaliyyətinin məhdudlaşdırıla, hətta dayandırıla biləcəyini bildirib. Ölkə başçısı qeyd edib ki, daha sosial şəbəkələr məsuliyyətdən müdafiə hüququna malik olmayacaqlar.
 
Heç şübhəsiz ki, bu təklif sosial şəbəkələrdə təxribat xarakteri daşıyan, qeyri-etik ifadələr işlədən şəxslər üçün nəzərdə tutulub.
 
Maraqlıdır, Azərbaycanda sosial şəbəkə istifadəçiləri necə, məsuliyyətə cəlb oluna bilərmi? İstifadəçinin rahatlıqla müəyyən edilməsi üçün sosial şəbəkədə qeydiyyat zamanı istifadəçilərin şəxsiyyət vəsiqəsində olan şəxsi məlumatların yerləşdirilməsi mümkündür?
 
Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyir ki, hansısa ölkənin sosial şəbəkə istifadəçisi barədə şəxsi məlumatı əldə etməsi və şəxsi məsuliyyətə cəlb etməsi çətin məsələdir:
 
“Qlobal resursların hansısa başqa ölkə daxilində tənzimlənməsi asan məsələ deyil. Yəni “Youtube”, “Facebook” kimi platformaları hansısa ölkənin tənzimləməsi çox çətin məsələdir. Çünki qurumun hüquqi təminatları, informasiya bazaları xaricdədir. Yəni hüquqi təchizatlar xaricdə olduğu üçün milli ölkələr sistemi tənzimləyə bilmir. Bunun üçün ölkələr qlobal resursun sahibi ilə əməkdaşlıq etməlidirlər. Yəni fərd barədə məlumatlar sistem sahibinin razılığı ilə əldə olunmalıdır.  Əks halda qeyri-qanuni müdaxilə olmalıdır ki, bunu da hökümətlər etmir. Ona görə düşünürəm ki, son dövrlərdə yaranan situasiya onun göstəricisidir ki, qlobal resursların tənzimlənməyinə ehtiyac var. ABŞ-da 1996-cı ildə qəbul olunan qanuna görə bu cür qlobal resurslar məsuliyyətdən kənardır. Məsələn, sosial şəbəkədə, sosial mediada yerləşdirilən məlumata görə şəxs günahkar hesab olunur, platforma yox. İndi istifadəçilərin paylaşdığı informasiyalara qlobal resurslar özləri əl gəzdirməyə başlayıblar.  Məsələn, istifadəçinin paylaşımına Tvitter işarə qoyur ki, bu məlumat yalan da ola bilər. Artıq resurslar paylaşımlara müdaxilə edirlər. Tramp da deyir ki, əgər sosial şəbəkə müdaxilə edirsə, demək həmin şəbəkə özü də məsuliyyət daşıyır. Trampın təklifi Konqresdə səsverməyə çıxarılmalıdır, amma təklifin qəbul olunma məsələsi şübhə doğurur”.
 
İKT üzrə ekspert sosial şəbəkədə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmək məsələsinə də aydınlıq gətirib:
 
“Sosial şəbəkədə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmək texniki baxımdan mümkün deyil. Çünki bizim fərdi məlumatlarımız qanuna görə Azərbaycanda olmalıdır. Qlobal resursların isə məlumat bazaları xaricdədir. Ümumiyyətlə bu addımın düzgün olacağını da düşünmürəm. Qlobal resurslar özlərinin kontentlə bağlı qaydalarına əl gəzdirməlidirlər. Yəni onlar kontentə müdaxilə etməməlidirlər və məsələnin beynəlxalq müstəvidə tənzimlənməsi daha doğru olardı”.

Son xəbərlər

Azərbaycan nefti 95.5 dollara satılır

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Bütün xəbərlər