{category-title}

Prokurorluqda intihar edən Turalə pulları ona verdiyini deyib...

Dünən axşam saatlarında Mingəçevir Şəhər Prokurorluğundan özünü ataraq intihar edən 32 yaşlı Turalə Aslanova ilə bağlı bəzi məqamlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, T.Aslanovanın keçmiş polis əməkdaşı olması müəyyənləşib. Belə ki, xeyli müddət DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Gəncə Şəhər Şöbəsində işləyən T.Aslanova dələduzluq əməlləri ilə bağlı şikayətlər daxil olandan sonra tutduğu vəzifədən və polis sıralarından uzaqlaşdırılıb.

Həmçinin məlum olub ki, o, bir neçə şəxsdən iş qurmaq və əlavə pul qazanmaq vədi ilə ümumilikdə 413 min manat məbləğində pul alıb.

T.Aslanovanın vəkili Emin Kiçibəyov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, o, qəfil şəkildə özünü binadan atıb: “İki aya yaxın idi ki, onunla müqavilə bağlamışdım. Bu işdə Turalə özü də zərərçəkmiş olduğunu bildirirdi. Pulları kimlərdənsə alıb kimlərəsə vermişdi. Əsasən Kəmalə adlı qadının adı qeyd edilirdi və istəyirdi ki, ona cinayət işi açılsın. Bildiyimə görə Turalə Kəmalə ilə Gəncədə polisdə birgə işləyiblər. Zərərçəkmiş şəxslər də polis işçiləri olduğuna görə bu işi Baş Prokurorluq nəzarətə götürmüşdü. Baş Prokurorluğun tapşırığına əsasən bu iş Mingəçevirdə ciddi araşdırılmalı idi və bizi dəvət etdilər. Mən onun müdafiəsini qurdum, şikayətçilərdən vaxt istədim. Orada onun köhnə vəkili də var idi. Hər şey qaydasında gedirdi. Turalə özü də Kəmalə adlı şəxsdən şikayətçi idi. Üzləşmələr aparıldı. Nə qədər çalışdım ki, zərərçəkənləri razılaşdıraq, razılaşmadılar”.

Prokurorluqda intihar edən Turalə pulları ona verdiyini deyib...

Vəkil qeyd edib ki, bundan sonra işi aparan müstəntiq Turalənin tutulmasına qərar veriləcəyini deyib: “Ona ağır gələn o idi ki, əvvəlki iş yerinə aparılacaqdı və orada tutulacaqdı. Ora getmək istəmirdi, özünə ar bilirdi. Hər şey 1-2 saniyə ərzində oldu. Həmin vaxt pəncərənin qarşısında dayanıb ağlayırdı, mən də otağa yenicə daxil olmuşdum, divana əyləşmək istəyirdim ki, gördüm pəncərəni açıb özünü atdı. Digər vəkillər getmişdi, mən orada idim, onu sonadək müdafiə edəcəkdik. O, anlaqsız şəkildə bunu etdi, bəlkə də düşündü ki, ölməyəcək, 2-ci mərtəbə idi, lakin başı daşa dəymişdi. Təəssüf ki müdaxilə etsək də, həyatını xilas etmək mümkün olmadı”.

Qeyd edək ki, T.Aslanova daha əvvəl də intihara cəhd edibmiş.
Prokurorluqda intihar edən Turalə pulları ona verdiyini deyib...

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər