{category-title}

2 yaşlı körpə qaynar su olan vedrəyə yıxılıb: Bir tikə çörəyə möhtacdırlar - FOTO

2021-ci il təvəllüdlü Zəhra Etibar qızı Həsənova iyun ayının 14-də ağır yanıq xəsarətləri alıb.

Bu barədə Oxu.Az-a onun anası Rəqsanə Həsənova məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Qızım həyətdə qaçdı-tutdu oynayırdı. Bu zaman mən də həyətdə vedrənin içində su qaynadırdım ki, paltarlarımızı yuyum. Zəhra həmin vaxt vedrəni görmədi və onun içinə yıxıldı. O, çox ağır yanıq xəsarətləri alıb. Zəhradan başqa bir qızım və bir oğlum da var. Maddi vəziyyətimiz çox ağırdır. Mən evdar qadınam. Həyətimizdə kartof, pomidor, xiyar, göyərti əkərək ailəmə dəstək olmağa çalışıram. Həyat yoldaşım isə fəhləlik etməklə bizi dolandırmağa çalışır. Artıq günlərdir Bakıda xəstəxanalardan birində qalıram. Yeməyimi digər palatalarda yatan xəstə yaxınları verirlər. Mazları da almağıma kömək ediblər. Amma üz üzdən utanar. Artıq çalışıram ki, acından ölsəm də, bir çörəyin pulunu belə onlardan almayım. Qızım da, mən də ac qalmışıq, bir tikə çörəyə möhtacıq. Evimizə qayıtmaq üçün cibimdə yol pulum yoxdur. İmkanlı şəxslərdən xahiş edirəm ki, qızımın sağalması üçün bizə kömək etsinlər. Bizə ilk mərhələdə müalicəni qarşılaya bilməyimiz üçün 1500 manat pul lazımdır”.
Əlaqə nömrəsi: (055) 568-59-90

2 yaşlı körpə qaynar su olan vedrəyə yıxılıb: Bir tikə çörəyə möhtacdırlar - FOTO
2 yaşlı körpə qaynar su olan vedrəyə yıxılıb: Bir tikə çörəyə möhtacdırlar - FOTO

 

Son xəbərlər

Azərbaycan XİN Uruqvayı təbrik edib

Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb

Ukrayna Hikmət Hacıyevi təltif etdi

Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

"The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik

Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib

Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub

Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Bakıda oğurluq edən şəxslər saxlanılıblar

İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Bütün xəbərlər