{category-title}

Xameneinin mesajının NÜVƏSİ - ŞƏRH


İran nüvə proqramını nüvə silahı hazırlamaq təcrübəsinə çevirməkdə inadkarlıq göstərir.

İranın ali dini rəhbəri Seyid Əli Xamenei iyunun 11-də nüvə mütəxəssisləri ilə görüşündə Qərblə razılaşmanın mümkünlüyündən danışıb, ancaq şərt dili ilə.

Xameneinin fikirlərində o gizlənir ki, İran nüvə silahı istehsal etmək istəyir. İran lideri bunu “Qərblə razılaşma İranın nüvə infrastrukturuna təsir göstərməsə, qəbul edilə bilər” bəyanatında göstərir.

Tehranın nüvə proqramı Rusiya-Ukrayna müharibəsinin qlobal fəsadları fonunda amansızlaşır, artıq Qərbin təzyiqlərinin də bütünlüklə işə yaramadığı görünməkdədir.

Hələ İranın nüvə silahı ailəsinə daxil olması rəsmiləşməyib, ümumiyyətlə belə bir fakt yoxdur ki, Tehranda nüvə silahı mövcuddur.

Lakin qorxulusu budur ki, Tehran mövcud proqramını atom bombası hazırlamaq yolunda irəlilədir. Cari proqram və onun perspektivi İranın regional, qlobal davranışında radikal dəyişikliyə gətirib çıxarır və beynəlxalq təhlükəsizlik məsələlərini riskə atan faktora çevrilir.

ABŞ bərk narahatdır, çünki onun beynəlxalq siyasətdə üzləşdiyi çətinliklər, nüfuz itkiləri İrana boşluqlara dolmaq üçün fürsət təqdim edir.

İranın özü də ABŞ-yə əbədi müqavimət göstərmək həvəs və enerjisində deyil, çünki tətbiq edilən sanksiyaların ağırlığını qaldırmaq ona müyəssər olmur.

Beləcə, qarşılıqlı ehtiyac dairəsi yaranır, İranın uranı zənginləşdirməsi Vaşinqton-Tehran arasında gizli danışıqları labüd edir. Xamenei də həmin gizli danışıqlara dair məlumatların işığında göstərir ki, qarşılıqlı güzəştlərlə anlaşmaq mümkündür.

ABŞ başa düşür ki, diplomatik yollarla İranı öz ambisiyalarından çəkindirmək gücündə deyil, lakin o, İsrailin nüvə təsisatlarına aviazərbələr endirməsi planlarını da ikiəlli dəstəkləmir.
ABŞ üçün sərfəli olan uranı zənginləşdirmək proqramını dondurmaq üçün Tehranı razı salmaqdır, hərçənd, bunun özü də İranı nüvə danışıqlarında əlverişli mövqeyə çıxara bilər.

Hər halda, görünən mənzərə belə deməyə əsas verir ki, İranın nüvə proqramı ilə əlaqədar danışıqların parametrləri yenidən təyin edilir.

Bunu 2015-ci ildə “altılıq ölkələri” ilə İran arasında əldə edilən nüvə sazişinin canlandırılması kimi yox, yeni düzənə uyğunlaşdırılan hərəkət kimi başa düşmək olar.

İranla ABŞ-nin “altılıq” formatdan kənar danışıqları zamanı şifahi razılaşmaların əldə olunduğu ehtimalı var, yayılan bəzi informasiyalar bunu təsdiqləyəcək xarakterdədir – hərçənd, Tehran iddiaları rədd edir.

Düşünmək olmaz ki, bu, dönüş nöqtəsi yaradacaq, çünki İslam Respublikası özünün nüvə silahı hazırlamaq prinsiplərinə sadiqdir və bu amili xarici siyasətində çevik həmlələr üçün istifadə edir.

Bu çək-çevirlərə İsrailin necə reaksiya verəcəyi maraq doğurur, indidən söyləmək olar ki, Təl-Əviv İrana qarşı hibrid müharibə vasitələrini ayağa qaldıraraq Tehran üçün yeni çətinliklər yaradacaq.

Buraya iranlı nüvə alimlərinin ölümündən tutmuş, nüvə obyektlərinə qarşı tuşlanan genişmiqyaslı kəşfiyyat əməliyyatları daxildir.



Son xəbərlər

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Naxçıvanda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Avqustun 11-dən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır

Gömrük Komitəsində otağı su basdı - Video

Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq

BİZİM TƏQVİM: 31 iyulda baş vermiş tarixi hadisələr

Kəlbəcər bu səhəri zəlzələ ilə açdı

"Sədərək" ticarət mərkəzində yanğın olub

Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilir

Qazi jurnalistlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda - FOTOLAR

Bu ilin birinci yarısında əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Müəllimlərin sertifikasiya prosesinin müsahibə mərhələsi avqustun sonlarında başlayacaq

İndiyədək 121 min uşağın birincə sinfə qəbulu yekunlaşıb

Sakit okeanın cənubundakı bir neçə ada dövlətində sunami təhlükəsi elan edilib

Gəncə Memorial Kompleksinə 10 milyon ayrıldı

Alparslan Bayraktar: "Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq"

Şahin Şıxlinskinin oğlu HƏBSDƏ QALDI

İsti hava şəraiti həftə sonunadək davam edəcək

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana dabaq xəstəliyindən azad status veriləcək

Palata ən çox rast gəlinən pozuntuları açıqladı - SİYAHI

Publik hüquqi şəxsin dövlət sifarişi ilə tədbirlər keçirməsi qaydası müəyyənləşib

İsrail XİN başçısı: Fələstin əslində HAMAS dövlətidir

Lerikdə iki yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq - SƏRƏNCAM

Son bir ayda sürücülərin sükan arxasında yuxulaması nəticəsində 21 avtoqəza qeydə alınıb

Bütün xəbərlər