{category-title}

Əməliyyatdan sonra ölən 9 yaşlı uşağın anası - “Məni günahlandırırdılar”


Bu ilin yanvarında burun-boğaz əməliyyatından sonra ölən 9 yaşlı Ağasəlim Nadirlinin ailəsi təyin edilmiş ekspertizanın cavabından narazıdır.

“Qafqazinfo”ya müraciət edən A.Nadirlinin anası Günel Nadirli bildirib ki, “Xətai” Tibb Mərkəzində burun-boğaz əməliyyatı olan və fevralın 1-də vəfat edən 2014-cü il təvəllüdlü oğlunun ölümünə onun keçirdiyi cərrahi əməliyyatın səbəb olub.

O deyir ki, bu, ekspert rəyində qeyd edilməyib. Baş vermiş hadisə ilə bağlı cinayət işinin açılmasını tələb edən ailə təkrar ekspertizanın təyin edilməsini və məsələyə düzgün hüquqi qiymət verilməsini istəyir: “Oğlum Nadirli Ağasəlim Vüqar oğlu 25.01.2023 tarixində “Xətai” Tibb Mərkəzi adı verilmiş keçmiş Əfəndiyev adına xəstəxanada burun-boğaz ətindən əməliyyat keçirdi. Belə ki, oğlumun burun-boğaz əti çox böyük idi, qulağına karlıq verirdi. Ərazi üzrə qeydiyyatda olduğumuz poliklinikadan  tibbi sığorta əsasında göstəriş verildi. Cərrah Səyyaf Təhməzov tərəfindən tibbi sığorta ilə əməliyyat edildi, uşaq səhəri gün evə buraxıldı, həkim yoxladı, üstdən baxdı və dedi ki, gedə bilərsiniz”.

Günel Nadirli bildirib ki, əməliyyatın 7-ci günündə evdə olarkən oğlunun burnundan və ağzından qanaxma başlayıb: “Dəhşətli qanaxma başlamışdı. Biz Əhmədlidə oluruq, tez öz maşınımızla Həzi Aslanovdakı təcili tibbi yardım stansiyasına apardıq ki, qanı kəssinlər. Orada müdaxilə etdilər, amma dedilər gecdir. Xahiş etdim ki, bizi təcili tibbi yardım maşını ilə Əfəndiyev adına 
Oraya çatan kimi otağa saldıq, müdaxilə edildi. Sonra çıxıb soruşdular ki, uşaq nə yeyib? Məni günahlandırmaq istəyirdilər. Mən də çox pis vəziyyətdə idim. Çünki həmin vaxt qızım da əməliyyat olunmuşdu, ona da nəsə olar deyə çox qorxurdum. Dedim heç nə yeyə bilmir uşaq, nə yeyəcək ki, elə evə gələn gündən qızdırmalı idi. Bu hadisədən sonra qızımı yenidən həmin xəstəxanaya yatızdırdıq, görsünlər ki, qızım da pis haldadır, 1 həftə ərzində qızım yenidən xəstəxanada yatdı”.

Şikayətçi iddia edib ki, oğlu Ağasəlim Nadirli əməliyyat edilərkən həkimlər onun boğazından keçən şah damarı zədələyiblər: “Hadisə ilə bağlı 2 dəfə ekspertiza təyin olunub, Birincisi qanaxmadan boğulma, ikincisi isə əməliyyatın ekspertizası. Lakin cavabda bildirildi ki, guya əməliyyat normal keçib. Biz isə cavabdan narazıyıq. Əgər hər şey qaydasında olubsa, mənim uşağımın arterial damarı niyə partlamalı idi, niyə evdə ölməli idi? Uşağım nədən rəhmətə getdi, niyə qanaxma oldu? Əgər bu uşaq qida qəbul edə bilmirdisə, əgər həkim damarı zədələməyibsə və yaxud damarı yaxşi bağlamayıbsa, qanaxmanın səbəbi nədir? Bu suallara hələ də doğru-düzgün cavab ala bilmirik. Qanaxma əməliyyatın 7-ci günü evdə durduğu yerdə başladı, öskürdü və ağız-burnundan qan gəlməyə başladı, nə edəcəyimizi bilmirdik, həkimə zəng etdik, dedi gətirin yanıma. Lakin artıq uşaq dünyasını dəyişmişdi. Yenidən eyni suallarla ekspertizaya müraciət edəcəyik. Amma bilirəm ki, yenə narazı qalacağıq. O həkim də hazırda öz işində davam edir”.
Şikayətçi hadisə ilə bağlı prokurorluq tərəfindən cinayət işinin açılmasnı və oğlunun ölümünə səbəb olan şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edib.

Qeyd edək ki, Ağasəlim Nadirli 261 saylı məktəb-liseyin 3-cü sinif şagirdi idi.

Təyin edilmiş ekspertizanın nəticələri və araşdırmaların gedişatı ilə bağlı Baş Prokurorluğa da sorğu ünvanlamışıq.

Son xəbərlər

Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Azərbaycan XİN Uruqvayı təbrik edib

Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb

Ukrayna Hikmət Hacıyevi təltif etdi

Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

"The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik

Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib

Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub

Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

Bütün xəbərlər