{category-title}

Novruz Aslanov I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə millət vəkili, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov aprelin 11-də I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Mayın 30-da Milli Məclisin sədri xanım Sahibə Qafarova və sədr müavinləri təntənəli surətdə həmin ordeni Novruz Aslanova təqdim ediblər.

Həmin tədbirdə müvafiq ordenlərlə təltif olunmuş bir neçə millət vəkilinə də ordenlər təqdim edilib. Sahibə xanım Qafarova öz çıxışında respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən Novruz Aslanovun parlamentdəki fəaliyyətini də yüksək qiymətləndirib, üzvü olduğu aqrar siyasət və mədəniyyət komissiyalarının işində məhsuldar əməyinin dəyərləndirildiyini, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş filmin müsiqi tərtibatının Novruz Aslanova məxsus olduğunu, həmçinin, bu təltiflərin ümumilikdə Milli Məclisə verilən qiymət olduğunu bildirib.

Novruz Aslanov söz alaraq bu yüksək təltifə görə dövlət başçısına təşəkkürünü bildirib. Belə bir tədbirin keçirilərək ünvanına səsləndirilən xoş sözlərə görə Sahibə xanım Qafarovaya və Milli Məclisin rəhbərliyinə minnətdarlığını vurğulayıb. Eyni zamanda bunun böyük bir məsuliyyət olduğunu, bundan sonra da dövlətin həyata keçirdiyi uğurlu siyasətində fəal iştirak edəcəyini, dövlətə və onun rəhbərliyinə sədaqətlə xidmət göstərəcəyini və cənab Prezidentin siyasətinin yerlərdə icrasında və yerli ictimaiyyət arasında təbliğində səylərini davam etdirəcəyini söyləyib.

Son xəbərlər

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib

Milli Məclisin sədri Serbiyaya işgüzar səfər edib

ABŞ ordusu İranın Küveytdə hərbi bazaya atdığı 2 ballistik raketi zərərsizləşdirib

Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir

Moldova rəsmisi: Azərbaycan şaxələndirilmiş qaz mənbələrinə çıxışımızda mühüm rol oynayıb

Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib

Qəbul imtahanının 2-ci cəhdində iştirak üçün qeydiyyat başlayıb

İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib

Sabah Bakıda 23, bölgələrdə 28 dərəcə isti olacaq

BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq

Emin Əmrullayev Gəncədə vətəndaşları qəbul edəcək

Şəhid övladlarının iştirakı ilə "Yol polisimizlə bir gün" adlı tədbir keçirilib

Minifutbol üzrə Avropa çempionatı: Azərbaycan millisi bu gün Qazaxıstanla qarşılaşacaq

Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib

İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

BMT-yə vaxtında ödəniş edənlər: Britaniya, Azərbaycan, Almaniya... - ADLAR

İranın XİN başçısı müsəlman ölkələrini həmrəyliyə çağırdı

KİV: İranın dəniz blokadası davam edir, gəmilər ABŞ tərəfindən dayanma xəbərdarlığı alır

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

ABŞ-ın müharibə naziri: Çin ölkəmizin təhlükəsizliyini təhdid edə bilməməlidir

KİV: İranın Küveytdəki bazaya zərbəsi nəticəsində 5 amerikalı hərbçi yaralanıb

Bütün xəbərlər