{category-title}

Pensiyaçılar niyə “yoxa çıxır”... - SƏBƏB

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunda 1114,2 min pensiyaçı qeydiyyatda olub. Ölkə əhalisinin 11 faizini təşkil edən pensiyaçıların 62,5 faizi yaşa, 24,5 faizi əlilliyə, 13,0 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.  

Əvvəlki illərlə müqayisədə pensiyaçıların sayında azalma müşahidə edilir. Statistika Komitəsinin məlumatlarına əsasən, illər üzrə Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı aşağıdakı kimi olub: 

İllər 

2019  2020  2021  2022 

Pensiyaçıların sayı 

1270600  1228000  1200500  1114200


Cədvəldən göründüyü kimi ötən il pensiyaçıların sayı 2021-ci illə müqayisədə 86 mindən çox, 2019-cu illə müqayisədə isə 156 mindən çox azalıb. 

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz artaraq 372,1 manat təşkil edib və orta aylıq əməkhaqqının 44,3 faizinə bərabər olub. Əmək pensiyasının minimum məbləği 16,6 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub.

Pensiya alan şəxslərin sayında azalma müşahidə olunması mətbuatda və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Milli Məclisin deputatı Vahid Əhmədov Modern.az-a açıqlamasında bildirib ki, bu məsələ bir çox amillə əlaqədardır:

"Ümumiyyətlə, pensiya ilə əlaqədar hələ keçən il azalma olmuşdu. Əvvəl pensiya yaşı 63 idi, daha sonra 65-ə qalxıb. Ona görə də, müəyyən insanlar gözləməli olurlar. Üstəlik, əvvəllər haqqı olmadan pensiyaya düşənlər olub. İndi Nazirlik tərəfindən onlarla bağlı yoxlamalar gedir".
Pensiyaçılar niyə “yoxa çıxır”... - SƏBƏB

Deputat qeyd edib ki, pensiya kəsilsə belə onun əvəzində tədbir görülməlidir: "Mən bir neçə dəfə demişəm ki, əgər hansısa şəxsin pensiyasını ləğv edirsinizsə, onu bir başqa işlə təmin edin, yaxud müəyyən yardım ayırın. Bununla da onlar dolana bilsin. İnsanların buna ehtiyacı var".

Bəs, pensiya yaşı yenidən azaldıla bilərmi?

Vahid Əhmədov suala cavabında deyib: "Mən hesab edirəm ki, yenidən bu məsələyə baxılmalıdır. Müzakirə olunmalıdır. Biz beynəlxaq mətbuata, statistikaya baxırıq. Bu mübahisəli məsələdir. Ona görə də pensiya yaşının azaldılması məsələni müzakirə etmək lazımdır".

Son xəbərlər

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var

SEPAH: ABŞ-ın Hörmüz boğazı ilə bağlı açıqlamaları açıq-aşkar yalandır

AAYDA vətəndaşlara müraciət edib

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb

"Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir

Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır

Ədliyyə Nazirliyi: Məhkumlara qadağan olunan əşyaların verilməsi və ötürülməsi cinayət məsuliyyəti yaradır

Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib

Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik

Ukrayna Rusiyaya məxsus təyyarəni aerodromda vurub

Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

Növbəti köç karvanları Şükürbəyli və Horovlu kəndlərinə çatıb - YENİLƏNİB

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib

Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

Tokayev Qazaxıstan hökumətini istefaya göndərib

Azərbaycan neftinin qiyməti 92 dolları ötüb

Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb

Bütün xəbərlər