{category-title}

Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi - VİDEO


Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bölgələrdə  vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 25-də və 26-da Qəbələ Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.  

Nazir əvvəlcə Qəbələ şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.

Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarından qəbula gələn 104 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyəti yerindəcə həllini  tapıb.

Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov DİN Daxili Qoşunlarının Qəbələdə yerləşən hərbi hissəsinə gedib. Nazir orada ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib. 

Nazir V.Eyvazov hərbi qulluqçuların kazarma-məişət şəraiti ilə maraqlanıb, həmçinin silah təminatı, avtomobil və zirehli texnika parkı, ərazidə aparılan abadlıq, quruculuq işləri ilə yaxından tanış olub. 

Sonra daxili işlər nazirinin rəhbərliyi ilə hərbi hissənin qərargahında komandir heyəti ilə əməliyyat müşavirəsi keçirilib. Nazir hərbi qulluqçulara konkret tapşırıq və tövsiyələrini verərək qanunvericiliklə müəyyən edilmiş vəzifə və tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə əminliyini ifadə edib.

Sonda general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.    

Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 34-ü  Vətən müharibəsi iştirakçısı, 3-ü isə şəhid ailələrinin üzvləri olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 131 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Son xəbərlər

Tehranda Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının iclası keçiriləcək

Şərqşünas-alim Aida İmanquliyevanın anım günüdür

Ədalət Hacıyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Premyer Liqa: V tura bu gün iki oyunla start veriləcək

Qubada insan sümükləri tapılıb

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

BƏƏ Prezidentinin önəmli səfəri - Azərbaycanın Yaxın Şərqlə genişlənən əməkdaşlığı - ŞƏRH

İsrailə qarşı bir sıra beynəlxalq sanksiyalar razılaşdırılıb

Avropa ölkələrinin İran qarşısında qoyduğu tələblər açıqlanıb

Badara kəndində bu il 115, gələn il isə 128 ev bərpa ediləcək

Məhi Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

"Bakı Kart"a yeni direktor təyin edilib

Lavrov ABŞ-la Ukrayna üzrə danışıqların bəzi təfərrüatlarını açıqlayıb

Rusiya ordusu strateji şəhərə DAXİL OLDU

Prezident “Qarabağ”ı təbrik etdi

QMi sədri Qazaxıstanda gənc dini liderlərə xitab edəcək

Müdafiə Nazirliyi məlumat yaydı

Sabahın hava proqnozu açıqlanıb

Xocalının daha bir kəndinə İLK KÖÇ oldu

Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir?

Goranboydakı cinayətin TƏFƏRRÜATI

Qızılağac Milli Parkının ərazisində yanğın olub

Kamçatkada 7,1 bal gücündə zəlzələ olub, sunami təhlükəsi elan edilib

Mirzoyan Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçla görüşüb

Bütün xəbərlər