{category-title}

Şəkidə 5 yaşlı qızdırmalı uşaq xəstəxanada öldü - Rəsmi


Şəkidə 5 yaşlı uşağın həkim səhlənkarlığı nəticəsində öldüyü iddia olunur.

PressXeber.info xəbər verir ki, bu barədə APA-ya Şəki Mərkəzi Xəstəxanasında vəfat edən Zəhra Eyvazlının yaxınları məlumat verib.

Azyaşlının dayısı Akif Məmmədovun sözlərinə görə, Zəhra nəfəs çatışmazlığından deyil, tibb bacısının köçürdüyü sistemin əks təsirindən dünyasını dəyişib: “Həmin gün xəstəxanada həkim tapılmadığı üçün Zəhraya tibb bacısı sistem köçürdü. Evə qayıdandan sonra uşağın temperaturu yüksəldi, qanında parçalanma yarandı. İlkin rəy veriblər ki, uşaq nəfəs çatışmazlığından vəfat edib. Biz hesab edirik ki, ölümə səbəb tibb bacısının köçürdüyü sistem olub. Həmin vaxt xəstəxanada həkim olsaydı, bəlkə də belə olmazdı”.

Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən isə bildirilib ki, qeyd olunan faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

TƏBİB-dən verilən açıqlamaya görə, 2018-ci il təvəllüdlü Eyvazlı Zəhra Tariel qızı yanvarın 20-si saat 12:30 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib. "Yerləşdiriləndə hərarəti yüksək (40.3 dərəcə) olub. Zəruri tibbi xidmətlər göstərilib. Saat 13:30 radələrində ambulator müalicə üçün evə buraxılıb. Evə buraxılanda hərarəti 37.8 dərəcə olub. Həmin gün saat 15:15-də yenidən tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Gətirilərkən Z.Eyvazlı aqonal vəziyyətdə olub, tənəffüs çatışmazlığı müşahidə edilib. Temperaturu 35 dərəcə olan pasiyentdə nəbz və təzyiq izlənməyib. Həkimlərin səyinə baxmayaraq, 15:50 radələrində dünyasını dəyişib. Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır".

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər