{category-title}

Ədalət Hacıyev

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru,

Əməkdar mədəniyyət işçisi 

 

Prezident İlham Əliyevin istər xarici jurnalistlərə, istər yerli mediaya, istərsə də dünyanın beyin mərkəzlərinin mütəxəssislərinə verdiyi müsahibələrində Azərbaycan dövlətinin region ölkələri ilə yanaşı dünya dövlətlərinin də tərəqqisi və inkişafına xidmət edən siyasət yürütdüyünü bəyan edir. Yanvarın 11-də ölkə başçımız Azərbaycan televiziyalarının müxbirlərinin suallarına cavabında bir daha Azərbaycan dövlətinin apardığı iqtisadi və siyasi siyasətinin əsasını dünyada sülhün bərqərar olması, eləcə də bütün dövlətlərin iqtisadi inkişafına təkan verməsinin təşkil etməsi olduğunu vurğuladı. Artıq əminliklə söyləyə bilərik ki, Vətən müharibəsində qələbəmizdən sonra dünya ictimaiyyəti Azərbaycanın yaratdığı yeni reallığı və ölkəmizin ədalət uğrunda mübarizə apardığını qəbul edib.

Ölkə başçımızın apardığı xarici siyasət nəticəsində beynəlxalq təşkilatlar, böyük dövlətlər Azərbaycanı etibarlı və dost dövlət kimi qiymətləndirirlər. Azərbaycan dünyada az dövlətlərdəndir ki, müstəqil xarici və iqtisadi siyasət yürüdür. Müharibədə qazandığımız şanlı qələbə bütün dünyaya Azərbaycanın iqtisadi və siyasi cəhətdən güclü bir dövlət olduğunu sübut etdi. Müsahibəsində Prezident İlham Əliyevin qeyd etdiyi kimi müharibə bitsə də mübarizəmiz hələ də davam edir. Ermənistan və onun havadarları başa düşməlidirlər ki, Azərbaycan dünya üçün çox əhəmiyyətli bir dövlətdir və bu gün Azərbaycanın böyük, güclü dövlətlərlə tərəfdaşlıq və dostluq əlaqələri mövcuddur. Bu gün dünyada baş verən ərzaq qıtlığı və bunun nəticəsində yaranan kəskin bahalaşma Azərbaycandan da yan keçməyib. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial layihələr Azərbaycan vətəndaşlarının bu böhranlı vəziyyətdən əziyyət çəkməməsinə xidmət edir. Ərazisinin 20 faizi dağıdılmış və bu əraziləri yenidən qurmaqla bərabər bu cür böyük sosial layihələrin reallaşdırılması onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı və möhkəm təməllər üzərində qurulmuşdur. Bu gün Azərbaycanla dünyanın ən böyük maliyyə institutlarından olan Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı arasında böyük iqtisadi əlaqələr qurulub, nəhəng layihələr başa çatdırılmaqdadır və yeni istiqamətlər barədə də müzakirələr aparılır. Bu Azərbaycan dövlətinə və dövlət başçımıza olan inam və etibarın nümunəsidir.

Sübut olunmuş bir faktdır ki, iqtisadi və sosial layihələri paralel apara bilməyən ölkələrdə insanlar iqtisadi islahatlardan əziyyət çəkirlər. Prezident İlham Əliyev tərəfindən iqtisadi və siyasi layihələr paralel aparılır. Ölkə başçımızın həyata keçirdiyi bu layihələrin uğurlu icrasının nəticəsidir ki, əhalimizin qiymət artımından əziyyət çəkməsinin qarşısı alınmaqdadır.

Bu gün bütün inkişaf etmiş Qərb ölkələrində infilyasiya səviyyəsi 1,5 faizdən 10 faizə qədər yüksəlmişdir. Azərbaycan iqtisadiyyatı da dünya iqtisadiyyatının bir parçası olduğundan ölkəmizdə də infilyasiya səviyyəsi yüksəlmişdir. İnfilyasiya Azərbaycana idxal olunan malların üzərindədir. Azərbaycan dövləti ölkəyə idxal olunan malların səviyyəsini aşağı salmaq üçün zəruri addımlar atır. Əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq istiqamətində ölkəmizdə minimum əmək haqqı, pensiyalar, sosial müavinətlər artırılmışdır. Minimum əmək haqqının miqdarı 15 faiz artırılaraq 345 manata çatdırılmışdır. 2023-cü ildə ilk dəfə olaraq Azərbaycanda orta əmək haqqı 900 manatdan çox olacaq.

Şəhid ailələri və müharibə əlillərinə hər zaman dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. Bu kateqoriyadan olan minlərlə insan dövlət tərəfindən mənzillərlə təmin olunub və bu proses davam etdirilir.

Rusiya - Ukrayna müharibəsi həm Orta Dəhliz, həm də Şimal - Cənub nəqliyyat dəhlizinin əhəmiyyətini artırmışdır. Bu dəhlizlərin Azərbaycan ərazisindəki bütün işləri yekunlaşmışdır. Orta Dəhlizin bir hissəsi olan Bakı - Tbilisi - Qars dəmir yol xətti məhz Prezident İlham Əliyevin qətiyyətli və iradəli siyasəti nəticəsində reallaşmışdır. Beş il bundan əvvəl icrası başa çatdırılan bu nəqliyyat xətti vasitəsilə yükdaşımaların həcmi hər il artmaqdadır.

Zəngəzur dəhlizi region dövlətləri ilə yanaşı bütün dövlətlər üçün çox səmərəli bir nəqliyyat xəttidir. Zəngəzur dəhlizi Azərbaycan üçün tək iqtisadi nəqliyyat layihəsi deyil, həmçinin strateji bir dəhliz sayılır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Zəngəzur dəhlizi açılmalı və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında maneəsiz nəqliyyat xətti yaranmalı idi. Təəssüf ki, Ermənistan bu günə qədər Zəngəzur dəhlizinin açılmasına maneələr törədir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Ermənistanın istəyindən asılı olmayaraq Zəngəzur dəhlizi mütləq açılacaq. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Zəngəzur dəhlizinin açılması bu ölkənin iqtisadi inkişafına böyük töhfə verəcək. Ermənistan dövləti tranzit ölkə olaraq yükdaşımalardan böyük gəlir əldə edə bilər.

Ölkə başçımız çıxışında Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarının təmin edilməsi barədə də öz fikirlərini bildirdi. Tarix boyu yüz minlərlə soydaşımız zorla öz doğma torpaqları olan Qərbi Azərbaycandan qovulmuşdur. Bu gün onların hüququdur ki, öz doğma torpaqlarına qayıtsınlar. Vaxt cələcək Qarabağa qayıdan soydaşlarımız kimi Qərbi Azərbaycandan olan soydaşlarımız üçün də bu ərazilərə Böyük Qayıdış prosesi reallaşacaq.

Prezident İlham Əliyev Ermənistan və ona havadarlıq edən qüvvələrə və dövlətlərə də mesaj ünvanladı. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycana qarşı törədilən siyasi və hərbi təxribatların heç bir nəticəsi olmayacaq. Müharibədən sonra Azərbaycan Ermənistanın hərbi təxribatına tutarlı cavab verməklə bir daha onlara başa saldı ki, heç bir qüvvə bizim qarşımızda dayana bilməz. Ermənistan rəhbərliyi bütün bunları nəzərə alıb Azərbaycanla sülh müqaviləsi imzalamağa məcbur olacaq. Ermənistanın sülh müqaviləsinə imza atmasına mane olan dövlətlərdən birincisi Fransadır. Fransa dövləti Azərbaycana qarşı apardığı qərəzli və düşmən xarakterli hərəkətlərinin sonunda ağır məğlubiyyətə uğrayacaq. Necə ki, BMT TŞ da ağır və rüsvayedici məğlubiyyətə uğradı.

Bu gün Azərbaycan dövlətinin nüfuzu durmadan artır. Beynəlxalq aləmdə o qədər də nüfuzu olmayan Qoşulmama Hərəkatı məhz Azərbaycanın sədrliyi dövründə dünya siyasətinə təsir edə biləcək bir təşkilata çevrilmişdir. Azərbaycan artıq iqtisadi, siyasi, hərbi cəhətdən dünyanın öndə gedən dövlətlərindən sayılır.

Son xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın stolüstü tennisçiləri Türkiyə Super Liqasının ikinci turunda mübarizə aparacaqlar

Vladiqafqazda pirotexnikanın qanunsuz istehsalında şübhəli bilinən şəxslər saxlanılıb

Masazırda iki qadın qətlə yetirilib

Qoxu itkisi və yuxusuzluğa diqqət: Gizli əlamət ola bilər

XTQ-nin bölmələrində inspeksiya yoxlamaları keçirilib

Naxçıvanda Ombudsman təsisatı ləğv edilib

Xameneinin nümayəndəsi: İran Hörmüz boğazını ABŞ-la müharibə bitdikdən sonra açacaq

MİDA-nın bir qrup əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib

WUF13: Bakı qlobal şəhərsalma siyasətlərinin formalaşdığı mərkəzə çevrilir

BMT: Livan İsrailin zərbələri səbəbindən ərzaq böhranı ilə üzləşəcək

MM əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifini ilk oxunuşda qəbul edib

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər

Bu gün Suraxanıda işıq kəsiləcək

Məleykə Abbaszadə: Son 10 ildə imtahan zallarından 6 milyondan çox insan keçib

KİV: İranda gecə partlayışlar və atışma səsləri eşidilib

Parlamentdə vacib gün: 11 məsələ bir iclasda

İsrail ordusunun Livana hücumlarında 303 nəfər ölüb

Danışıqlarda İranı onlar təmsil edəcək

İnvestorlar atəşkəsə görə 1 milyard - Pul qoydular

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib - YENİLƏNİB

Paytaxtın bəzi yollarında gecə saatlarında təmir işləri aparılacaq

Vilayət Eyvazov Türkiyənin daxili işlər naziri ilə görüşüb

MM-də Azərbaycan-Türkiyə-Şimali Kipr Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının iclası keçirilir

Bütün xəbərlər