{category-title}

Uşaq evində böyüyən şəhidin anası tapıldı - Türkiyədə yaşayır


Uşaq evində böyüyən Vətən müharibəsi şəhidi Əmrah Rajapovun anası olduğunu bildirən qadın ortaya çıxıb. 

Bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb. 

O qeyd edib ki, Ə. Rajapov ailəsinin tapılmaması səbəbindən 5 ay morqda qalıb. Yaxın qohumları, ailəsi tapılmadığına görə, DNT testi verilməyib. Buna görə də, kimsəsiz kimi dəfn edilib: “Atası və anasının Əmrah kiçik olanda öldüyü deyilsə də, hər ikisi sağ imiş. İki gün əvvəl bir şəhid yaxını zəng etdi, Əmrahın anasının sağ olduğunu və mənimlə danışmaq istədiyini dedi. Bu gün danışdıq, həyatını qısaca anlatdı. Anası Gövhərcan Rajapova Yaraş qızı Türkiyədə yaşayır. Əslən türkmənistanlıdır. Anası onu istəmədiyi bir oğlanla zorla evləndirib və Goranboyda yaşayıblar. Bir müddət sonra isə ayrılıblar. Əmrahın 7 yaşı olanda Gəncədə kirayə ev tutub, onu nənəsi və bacısına əmanət edərək Türkiyəyə işləməyə gedib”. 

E. İslamoğlunun sözlərinə görə, anası bir müddət işləyib uşaqlarına pul göndərib. Bir müddət sonra isə əlaqələri kəsilib. Nənəsi vəfat edəndən sonra Əmrah uşaq evinə verilib və orada böyüyüb: “Gövhərcan Rajapova deyir ki, Əmraha anasının və atasının öldüyü deyilibmiş. Gövhərcan Türkiyədə ailə qurub. Beş yaşında bir qızı da var. Amma deyir ki, heç bir sənədi yoxdur. Əmrahın şəhid olmasını da 2022-ci ilin sonlarında qonşu qızın telefonundakı "TikTok"dan öyrənib. Bacısına və anasına çox qəzəblidir. Hazırda heç bir sənədi yoxdur. Sənədlərini düzəldib oğlunun məzarına gəlmək istəyir. Türkiyədən çıxış qadağası olduğuna görə indiyədək Azərbaycana gələ bilməyib”.

Qeyd edək ki, Ə.Rajapov 2000-ci ildə Gəncədə anadan olub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb. O,  Füzuli uğrunda gedən döyüşlərdə oktyabrın 8-də şəhidlik zirvəsinə ucalıb və Gəncənin Şəhidlər xiyabanında torpağa tapşırılıb. 

***
Uşaq evində böyüyən şəhidin anası tapıldı - Türkiyədə yaşayır

G. Rajapova ARB telekanalında canlı yayımlanan “Səni axtarıram” verilişinə telefonla qoşularaq hazırda Türkiyədə yaşadığını və təmizlik işində çalışdığını deyib. 

O, övladının 12 yaşına qədər bacısı ilə yaşadığını bildirib: “Övladım nənəsi və babası ilə yaşayırdı. Daha sonra mənə zəng edib dedi ki, onlarla qalmaq istəmir. Səbəb isə nənəsinin onu döyməsi olub. Bundan sonra mən bacım üçün ev tutdum və oğlumu da onun yanına qoydum. Dedim ki, hər ay da pul göndərəcəm. Daha sonra da yanıma aparacaqdım. Amma o məndən xəbərsiz övladımı uşaq evinə qoyub. Oğlumun şəhid xəbərini isə dekabrın 8-də sosial şəbəkədən öyrəndim”.

***

Şəhid Əmrah Rajapovun Günel adlı xalası da telefon vaistəsi ilə proqramına qoşulub. O bildirib ki, 2005-ci ildən bəri bacısı ilə əlaqəsi olmayıb: “Mənə Əmrahı bacım yox, anam vermişdi. Düz 4 aylıq uşaq olandan bəri məndədir. 2005-ci ildə ailə qurdum və Əmrahı da özümlə apardım. Amma daha sonra boşandığım üçün öz oğlumu da, Əmrahı da uşaq evinə verməli oldum. Əmrah şəhid olandan sonra düz 6 ay morqda qaldı. Analiz üçün anasını axtarırdıq. Biz illər əvvəl ona getmə desək də, o getdi. O, Əmraha analıq etməyib...”
Uşaq evində böyüyən şəhidin anası tapıldı - Türkiyədə yaşayırUşaq evində böyüyən şəhidin anası tapıldı - Türkiyədə yaşayırUşaq evində böyüyən şəhidin anası tapıldı - Türkiyədə yaşayırUşaq evində böyüyən şəhidin anası tapıldı - Türkiyədə yaşayırUşaq evində böyüyən şəhidin anası tapıldı - Türkiyədə yaşayırUşaq evində böyüyən şəhidin anası tapıldı - Türkiyədə yaşayır

Son xəbərlər

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

Bütün xəbərlər