{category-title}

Azərbaycan 4 günlük iş rejiminə keçə bilər? - AÇIQLAMA
2020-ci ildən etibarən bir sıra ölkələrdə həftədə 4 günlük iş rejiminə keçməklə bağlı müzakirələr aparılmağa başlanıb. Bu günlərdə Türkiyədə ilk dəfə bir korporativ şirkət daxilində həftədə 4 günlük iş rejimi tətbiq olunacağı ilə xəbər yer alıb. Belə ki, 1450 işçisi olan şirkət həmin prosesi 1 yanvar-31 mart 2023-cü il tarixləri arasında tətbiq edəcək.
Azərbaycanda da 4 günlük iş rejimi tətbiq oluna bilərmi?
İqtisadçı deputat Vüqar Bayramov bununla bağlı "Unikal"a açıqlamasında bildirib ki, 4 günlük iş həftəsinə keçid bir sıra Avropa ölkələrində müzakirə olunur. Onun sözlərinə görə, bunu ən çox müzakirə edən və tətbiqinə hazırlaşan ölkə Böyük Britaniyadır. 
"Bu ölkə 4 günün iş, qalan 3-nün isə qeyri-iş günü olmasını tətbiq etmək niyyətindədir. Azərbaycanda isə 4 günlük iş rejiminə keçiddən əvvəl əmək bazarı ilə bağlı bir sıra məsələlər var ki, onların həlli daha aktualdır. 2022-ci ildə dövlət sektorunda əmək haqqı artımları baş verdi, özəl sektorda isə buna münasib addımlar atılmadı. Bu baxımdan, Azərbaycan əmək bazarında 4 günlük iş rejiminin tətbiqi deyil, daha çox əmək hüquqlarının qorunması, əmək haqqı fondunun genişləndirilməsi, maaşların artırılması kimi məsələlər daha aktuladır".
Deputat qeyd edib ki, bu gün əmək bazarında qeyri-leqal işləyənlərin sayı az deyil:
"Baxmayarıq ki, 2020-ci ildən etibarən bu sayda kəskin azalmalar var, amma yenə də qeyri-rəsmi məşğulluğun ümumi məşğulluqdakı payı yüksəkdir. Əmək müqavilələrinin böyük qismi dövlət sektorunun payına düşür. Əmək bazarının spesifik çətinlikləri və həll edilməli məsələləri var.  Azərbaycanda əmək bazarında işçilərin hüquqlarının qorunması, qeyri-rəsmi məşğullun minimumlaşdırılması, xüsusən özəl sektorda maaşların artırılması ilə bağlı qərarların verilməsi, o cümlədən, məzuniyyət hüquqlarının tam olaraq yerinə yetirilməsi kimi məsələlər var. Bunlar həll edildikdən sonra növbəti mərhələdə iş rejimi ilə bağlı məsələlərə baxılması mümkündür".

Son xəbərlər

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb

Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək

Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək

Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir

Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib

Ərdoğan futbolçuları belə təbrik etdi - Video

Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub

Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO

Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib

Son 8 ayda ölüm sayı açıqlanıb

Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Keçmiş icra başçısı vəfat etdi

Bakıda qadın evdə doğuş etdi

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Bütün xəbərlər