{category-title}

Rövşən Rzayev Tilmann Nagellə görüşdü


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ GmbH) Avropa üzrə rəhbəri Tilmann Nagellə görüşüb.

Görüşdə GİZ-in ölkə üzrə direktoru Karin Hörhan da iştirak edib. 

Qonağa ölkəmizin üzləşdiyi qaçqın və məcburi köçkünlük problemi, onun həlli istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib.
Qeyd edilib ki, məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasətinin prioritetlərindən olub və dövlətimizin başçısı Böyük Qayıdışın uğurla icra edilməsi üçün zəruri tədbirlər həyata keçirir. Qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğı göstərilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətində aparıcı xətdir.  
Qonağa Prezident İlham Əliyevin tapşırığı əsasında işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə geri qayıdışının təmin edilməsi üçün həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı həmin ərazilərin tezliklə dirçəldilməsinə  və dayanıqlı məskunlaşdırılmasına şərait yaradacaq. 

Diqqətə çatdırılıb ki, geri qayıdacaq əhalinin məşğulluğunun təmin edilməsi də qarşıda duran mühüm vəzifələrdən biridir. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin sifarişi, həmçinin Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Cənubi Qafqazda məcburi köçkünlərin və aztəminatlı yerli əhalinin sosial və iqtisadı inkişafı” layihəsinin bu baxımdan əhəmiyyətli olduğu vurğulanıb, məcburi köçkünlərə dəstək məqsədi ilə icra edilən layihəyə görə təşəkkür bildirilib. 
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ GmbH) Avropa üzrə rəhbəri Tilmann Nagel qəbula görə təşəkkür bildirilib. 

Görüşdə 2023-2025-ci illər ərzində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və gələcək perspektivlər haqqında fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Ukrayna Rusiyanın ən böyük NEZ-lərindən birinə hücum edib

DSX: Ay ərzində dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb

Mikayıl Cabbarov: "Türkiyə-Suriya boru xətti Azərbaycanın qaz ixrac coğrafiyasının genişləndirilməsinə töhfələr verəcək"

Alparslan Bayraktar: "Türkiyə Suriyaya elektrik enerjisi ixracını 2 dəfədən çox artırmağı hədəfləyir"

Mikayıl Cabbarov:" Azərbaycan-Suriya neft-qaz əməkdaşlığı investisiya və strateji infrastruktur layihələrinin reallaşdırılmasına zəmin yaradacaq"

Azərbaycan nefti ucuzlaşıb

BDYPİ səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib

Ukraynanın XİN başçısı: Əsas məqsəd müharibəni bu il başa çatdırmaqdır

Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

Paşinyan Zəngəzur dəhlizi reallığını qəbul edir - Rusiyanın cəza mexanizmi işə düşür – ŞƏRH

Qazaxıstan Prezidenti ordunun döyüş potensialının artırılmasını tapşırıb

Üç rayon xəstəxanasına yeni direktorlar təyin edilib

Türkiyə parlamentinin PKK-nın tərk-silahı üzrə komissiyası avqustun 5-də işə başlayacaq

Prezident nekroloq imzaladı

Türkiyədə dəhşətli mədən qəzası - Fəhlələr dağıntı altında qalıb

Sabahın hava proqnozu açıqlanıb

Pezeşkian sabah Pakistana səfər edəcək

Xalq artisti Arif Babayev vəfat edib

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Çoxuşaqlı analarla bağlı AÇIQLAMA

İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir

Məhəmməd Fadila: "Suriyanın elektrik stansiyaları Azərbaycan qazını qəbul etməyə hazırdır"

Zəngəzurda yolayrıcında qalan İran – hakimiyyətdaxili ziddiyyətlərin təzahürü - ŞƏRH

Avqustun 6-dan MİQ üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi başlayır

Bütün xəbərlər