{category-title}

Bu xəstəxanalarda aparatlar işləmir - RƏSMİ
Hesablama Palatası böyrəklərin xroniki xəstəliyi sahəsində Azərbaycan Respublikasında həyata keçirilən fəaliyyətin auditinin nəticələrini açıqlayıb.
Bu barədə Palata məlumat yayıb. Bildirilib ki, proqramda nəzərdə tutulmadığı, habelə buna dair hər hansı əmr və ya sərəncam olmadığı halda, Proqrama ayrılmış vəsait hesabına satın alınan dərmanlar qaraciyər və ürək köçürülən, qırmızı qurdeşənəyi, habelə böyrəklərin bəzi xroniki xəstəlikləri, o cümlədən xroniki qlomerulonefrit, xroniki nefrit, nefrotik sindrom diaqnozu olan xəstələrə də verilmişdir ki, bu da XBÇ ilə bağlı ayrılmış vəsaitlərin nəticəliliyinə təsir edən amil olaraq qiymətləndirilmişdir.
Proqramın məqsədlərinə nail olunması ilə bağlı fəaliyyətin düzgün təşkil edilməməsi, daxili nəzarət üzrə müvafiq tədbirlərin, o cümlədən zəruri monitorinqlərin həyata keçirilməməsi bəzi rayonlarda hemodializ şöbəsinin yaradılmaması, bir sıra hallarda isə yaradılaraq avadanlıqlarla tam təmin edilməməsi ilə nəticələnmişdir. Belə ki, bəzi hallarda avadanlıqlar Şəmkir, Goranboy və Abşeron rayon mərkəzi xəstəxanalarına (bundan sonra – RMX) 2019-2020-ci illərdə ümumilikdə 1120,8 min manat dəyərində 37 ədəd hemodializ qurğusu və 295,2 min manat dəyərində 2 ədəd osmos tipli sutəmizləmə qurğusu verilməsinə baxmayaraq, həmin tibb müəssisələrində hal-hazıradək hemodializ şöbəsi fəaliyyətə başlamamış, əhaliyə digər rayonlarda xidmət göstərilmişdir.
Hemodializ şöbələrinin laborator imkanlarının məhdudluğu, analiz cavablarının bəzi hallarda tam səhih olmaması, böyrəkköçürmə əməliyyatı icra edilmiş xəstələrə xüsusi reabilitasiya proqramlarının təşkilinin zəruri olması və hazırda TƏBİB-in tabeliyində olan reabilitasiya tipli tibb müəssisəsinin maddi-texniki bazasının bu xidmətin həyata keçirilməsi üçün uyğun olmaması tibb müəssisələrinin müvafiq avadanlıqlarla təchizat səviyyəsində müəyyən çatışmazlıqların mövcudluğunu qeyd etmək imkanı verir. Bu amil, eləcə də yuxarıda göstərildiyi kimi, fəaliyyətin düzgün koordinasiya edilməməsi səbəbindən ölkə üzrə hemodializ şöbələrindəki dializ aparatlarının 10%-i istismar müddətini başa vurmuş, hemodializ şöbələrinə 2019-2021-ci illərdə verilmiş 49 ədəd hemodializ aparatı müxtəlif səbəblərdən istifadəyə verilə bilməmişdir. Audit sübutları registrə daxil edilən məlumatların məhdudluğu və növbəliliyinin düzgün tənzimlənməməsi səbəbindən hemodializ şöbələrinin iş saatlarının hemodializ prosedurlarının icrası müddətləri ilə üst-üstə düşmədiyini, bunun isə xəstələrin hemodializ üzrə klinik protokolda nəzərdə tutulandan daha az hemodializ qəbul etmələri ilə nəticələndiyini göstərmiş, hemodializ şöbələrinin bir çoxunda 1 hemodializ aparatına düşən sahə normadan 1,2-2,4 dəfə az olmuşdur. Zəruri məlumatların əhatəlilliyinin aşağı olması, xəstələrin dövlət hesabına böyrəkköçürmə növbəsinə yazılmalarına dair qaydaların qəbul edilməməsi, prosesin elektronlaşdırılmaması və nəzarət mexanizmlərinin qurulmaması, xəstələrin növbədə yerinə dair qiymətləndirmə prosedurlarının tətbiq edilməməsi, yuxarıda da qeyd ediliyi kimi, böyrəkköçürmə ilə bağlı fəaliyyətdə bir sıra nöqsanlara yol açmışdır.

Son xəbərlər

Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI

Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Küləkli havada 4 nəfər xəsarət alıb

Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir

Hacıqabulda avtomobil aşıb, 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq

Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib

Kanaldan meyit tapıldı

“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub

Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib

Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib

İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ

Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək

Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir

Bütün xəbərlər