{category-title}

ATƏT-in Minsk qrupu ilə Fransanın aqibəti eyni oldu.

 

Rövşən Əhmədov,

YAP Ağcabədi rayon təşkilatının sədri.

 

Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının oktyabrın 14-də Astanada keçirilən iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək regionumuzda yaranan vəziyyətlə bağlı ətraflı məlumat vermişdir. Prezidenti İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məğul olmuş ATƏT-in Minsk qrupu və qrupun həmsədri kimi Fransanın vasitəçilik missiyasının obyektiv qiymətini vermişdir.

Münaqişədən 28 il ötməsinə baxmayaraq ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermədi. Minsk qrupu münaqişəni nizamlamaq əvəzinə dondurmağa çalışmışdır. Danışıqlar gözdən pərdə asmaq xarakteri daşıyır, Ermənistan üçün cəzasızlıq mühiti təmin edirdi. Sonu görünməyən bu missiyaya Azərbaycan dayan deyərək, BMT-nin Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edib münaqişəni güc yolu ilə həll etdi.

Müharibədən sonrakı dövrdə Ermənistan iki ölkə arasındakı sərhəd boyunca terror və təxribatlar törətməkdə davam edir. Təxribatların geniş miqyas aldığı sentyabr ayında toqquşmalar aktivləşmiş və ermənilər yenə də böyük itkilər verərək mövqelərinə çəkilmək məcburiyyətində qalmışdır.

Avropa İttifaqının vasitəçilik missiyası çərçivəsində Praqada keçirilən dördtərəfli görüşdə, sentyabr hadisələrindən Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyi planlaşdıran Fransa-Ermənistan cütlüyü istədiklərinə nail ola bilmədi. Prezident İlham Əliyev qətiyyətli mövqe sərgiləyərək Aİ-nın mülki missiyasının Azərbaycan ərazisinə gəlməsinə icazə vermədi. Ermənistan isə özü dəstəklədiyi təklifi qəbul etmək məcburiyyətində qaldı. Bununla da Azərbaycan üçün hazırlanan tələyə Ermənistan özü düşdü.

ATƏT-in Minsk qrupunun fəaliyyətindəki ənənəvi rolunu davam etdirə bilməyəcəyini anlayan Fransa prezidenti, görüşdən bir həftə sonra müsahibə verərək Azərbaycana qarşı çirkin iftiralar atmağa başladı. Nümayiş etdirdiyimiz xoş mərama baxmayaraq o, Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərmişdir. Eyni zamanda normallaşma prosesinə töhvə verən vasitəçilik fəaliyyətinə kölgə salmağa çalışmışdır.

Prezident İlham Əliyev Fransanın ədalətsiz mövqeyini qəti surətdə pisləmiş və bundan sonra belə münasibət çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasını mümkünsüz hesab etmişdir.


Son xəbərlər

Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər

Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər

Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edəcək

Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında - milyardlarını itirə bilər

Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb

TƏBİB-in mətbuat departamentinə yeni rəhbər təyin olunub

Səyyar ASAN xidmətin iyunda fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik edib

Rusiyanın Kiyev və Dneprə endirdiyi zərbələr nəticəsində 9 nəfər ölüb, 70-dən çox yaralı var

SOCAR-ın prezidenti: "Etibarlı təchizat mənbələrinə tələbat yaxın illərdə daha da artacaq"

Azərbaycanın minifutbol millisi Avropa çempionatının 1/4 finalında bu gün Çexiya ilə qarşılaşacaq

Şamil Ayrım: Gələcəyin enerji vizyonu Azərbaycanda formalaşır

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib

Milli Məclisin sədri Serbiyaya işgüzar səfər edib

ABŞ ordusu İranın Küveytdə hərbi bazaya atdığı 2 ballistik raketi zərərsizləşdirib

Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir

Moldova rəsmisi: Azərbaycan şaxələndirilmiş qaz mənbələrinə çıxışımızda mühüm rol oynayıb

Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib

Qəbul imtahanının 2-ci cəhdində iştirak üçün qeydiyyat başlayıb

İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib

Sabah Bakıda 23, bölgələrdə 28 dərəcə isti olacaq

BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib

Bütün xəbərlər