{category-title}

İnzibati binada vəzifəli şəxsə xəsarət yetirilib - Təfərrüat


Abşeron rayonu, Masazır qəsəbə bələdiyyəsində vəzifəli şəxsə hücum edərək ona şüşə ilə xəsarət yetirən şəxsə hökm oxunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu il mayın 18-də saat 12 radələrində inzibati binaya daxil olaraq bələdiyyənin İlham adlı şöbə rəisinə xəsarət yetirən 1990-cı il təvəllüdlü Elnur Kərimova 2 il 6 ay müddətinə həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, Elnur uşaq ikən valideynlərini itirib və Bakıda çətin tərbiyə olunan uşaqlar üçün nəzərdə tutulan xüsusi məktəbdə təhsil alıb. O, ifadəsində daha əvvəl də bir neçə dəfə cinayət törətdiyini bildirib: “Mənə dövlət tərəfindən verilmiş və Masazırda yerləşən evdə yaşayıram. 2009-cu il də hərbi xidmətdə olarkən ilk dəfə cinayət törətmişəm. CM-nin 332.1-ci maddəsi ilə Tərtər Hərbi Məhkəməsi tərəfindən, 2019-cu ildə CM-nin 177.2.3-cü və 221.2.2-ci maddəsi ilə Abşeron rayon məhkəməsi tərəfindən məhkum olunmuşam, 2021-ci ilin noyabrında amnistiya aktına görə azad olunmuşam. 18 may 2022-ci il tarixdə təxminən saat 12:00 radələrində Masazır Bədədiyyəsinə iş tapmaq üçün getmişdim. Bələdiyyədə şöbə rəisi İlhamın iş otağına yaxınlaşaraq qapını döymədən açaraq içəri daxil oldum. İçəridə kənar şəxslər olduğuna görə İlham mənə bayıra çıxmağımı bildirdi, ona “nə olub, mənim üstümə niyə qışqırırsan?!” dedim. Üzərimə gələrək yaxamdan tutaraq bayıra itələdi, müqavimət göstərdikdə isə qapının ağzında duran vətəndaşlar İlhamla birgə məni pilləkənə doğru çıxarmağa başladı. Bu zaman pəncərənin qarşısında boş su butulkasına əl atıb götürərək sındırdım, butulkanın sınıqlarını yerdən yığaraq İlhamın sifət nahiyəsinə atdım”.

Bələdiyyənin şöbə rəisi isə ifadəsində bildirib ki, Elnur qapını döymədən otağa basqın edib və pul tələb etməyə başlayıb: “Əvvəllər də Elnur iş yerimə gələrək pul istəyib. Onun kimsəsiz olduğunu və dövlət tərəfindən himayədə olduğuna görə həmişə sərbəst və könüllü olaraq pul vermişəm. Mübahisə olan gün isə ona qapının ağzında gözləməsini dedim. Lakin məhəl qoymayaraq üzərimə gəldi, qışqıraraq pul tələb etməyə başladı. Vətəndaşlar və bələdiyyə əməkdaşları onu zorla bayıra çıxardılar. Lakin o, sakitləşməyib pilləkanın qabaq hissəsində yerləşən pencərənin ağzında olan boş butulkanı götürərək yerə çırpdı və butulka sındıqdan sonra baş hissəsi əlində qalaraq üzərimə hücum etdi. Oradakı sakinlər və bələdiyyə işçiləri Elnurun qabağını kəsərək şüşəni əlindən aldılar. Buna baxmayaraq Elnur aqressiv şəkildə hərəkətlərinə davam etdirərək şüşə qırıntılarını yerdən götürdü, üzərimə atdı və şüşə qırıntıları sifət nahiyəmin sağ tərəfinə dəyərək xəsarət yetirdi. Mübahisə zamanı Elnur məni küçə sözləri ilə təhqir etdi. Onun azğın şəkildə mənə qarşı hərəkət etdiyini görərək DİN-in 102 xidmətinə məlumat verdim”.

Qeyd edək ki, E.Kərimov Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq -  silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə təqsirli bilinib. Məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb.

“Qafqazinfo”

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər