{category-title}
Gündəm / Kriminal
29.09.2022, 13:20
Nəşriyyat binasının qarşısında ÖLÜM
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın hadisə yerində olan əməkdaşının verdiyi məlumatına görə, hadisə Azərbaycan Dövlət Nəşriyyatı binasının qarşısında qeydə alınıb. Belə ki, "Opel" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.
Qəza nəticəsində kişi aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Əraziyə polis və təcili yardım briqadası cəlb olunub.
Araşdırma aparılır.