{category-title}
Gündəm / Kriminal
8.02.2021, 08:48
Xırdalanda yolu keçən yeniyetməni avtomobil vurub
Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Avtomobil yolu keçən 2005-ci il təvəllüdlü İbadlı Cəmil Samir oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.