{category-title}

 

İlqar Nəzərov: ZƏFƏR sərgisi

 

İlqar Nəzərov

“Şərq” İstehsalat Birliyinin baş direktoru

Bəşər tarixində ilk dəfə "smart müharibə" aparan Azərbaycan hərbi qüdrətini, müasir arsenalını dünyaya nümayiş etdirdi
 
Sentyabrın 6-8-də Bakıda keçirilən beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində ən müasir silahların nümayişi və yeni müqavilələrin bağlanması üçün əla platformaya çevrilən IV Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian" sərgiləri dünən başa çatdı. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan bəşər tarixində ilk dəfə "smart müharibə" aparan ölkə kimi hərbi qüdrətini, arsenalını və istehsal etdiyi müasir texnikalarını, silah-sursatlarını bu sərgilərdə bir daha dünyaya nümayiş etdirdi.
  
Öncə onu deyək ki, "ADEX-2022" Vətən müharibəsində qazanılmış parlaq qələbədən sonra Azərbaycanın təşkil etdiyi ilk beynəlxalq müdafiə sərgisidir. Üç gün davam edən sərgilərdə geniş işgüzar proqram hazırlanmışdı. Bu proqramlar əsasında Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi, pilotsuz sistemlərin inkişaf perspektivləri və tətbiq sahələri üzrə, müasir silah sistemləri, sursatlar və onların təyinatı, zirehli döyüş nəqliyyat vasitələrinin müasir döyüş mühitində rolu və digər aktual mövzular üzrə sessiyalar keçirildi.
Prezident İlham Əliyev sərgilərin açılışı münasibətilə göndərdiyi təbrik məktubunda vurğuladığı kimi, artıq ənənəvi xarakter almış "ADEX" sərgisi dünyanın tanınmış hərbi sənaye müəssisələrini, nüfuzlu xarici şirkət və təşkilatları, rəsmi nümayəndə heyətlərini və mütəxəssisləri eyni məkanda toplayaraq işgüzar əlaqələrin qurulması və yeni müqavilələrin imzalanması üçün geniş imkanlar yaradır. Dövlət başçısı əminliklə bildirib ki, bu sərgilər faydalı təcrübə mübadiləsinin aparılmasına, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına əlverişli imkan yaradacaq və Azərbaycanın müdafiə sənayesinin elmi-texnoloji potensialının artırılmasına öz müsbət töhfəsini verəcək.
Sentyabrın 6-da İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən sərgilərdə nümayiş etdirilən müasir hərbi texnikalar, silah, PUA-larla tanış oldu. Dünyanın 30-a yaxın ölkəsindən 208 şirkətin iştirak etdiyi sərgilərdə Azərbaycanı 22 şirkət təmsil edirdi. 
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin təşkilati işlərinin icrası "Caspian Event Organisers" şirkətinə həvalə edilmişdi. Sərgidəki iştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və ilk dəfə olaraq İordaniyanın müdafiə sektorunun aparıcı şirkətləri var idi. Builki sərgidə 8 ölkə milli stendləri ilə iştirak edirdi.
Sərgilər bir daha Azərbaycanın bu istiqamətdə inkişafını göstərdi. Bəlli oldu ki, Azərbaycan Vətən müharibəsindən sonra hərbi sənayenin inkişafı istiqamətində davamlı addımlar atır. Ümumilikdə hərbi sahədə kadrların hazırlanması, bu sahənin təkmilləşdirilməsi yönündə qonşu ölkələrlə birgə layihələr həyata keçirilir, qoşunların birgə təlimləri baş tutur, yeni hərbi sursatların istehsalı, alınması istiqamətində əməkdaşlıq genişləndirilir. 
  
Prezident İlham Əliyevin söylədiyi kimi, XXI əsrin müharibəsini aparmış Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsi bu gün inkişaf etmiş ölkələrin hərbi mərkəzlərində diqqətlə öyrənilir. Son dərəcə çətin relyef şəraitində ən müasir döyüş silahlarını tətbiq etməklə Azərbaycan Silahlı Qüvvələri düşmənin möhkəmləndirilmiş müdafiə xətlərini yarmış və sürətlə irəliləyərək cəmi 44 gün ərzində onu təslim olmağa məcbur etmişdir. 
Bu savaşda pilotsuz uçuş aparatları isə yeni müharibə formatının bünövrəsini qoydu. Ordumuzun həyata keçirdiyi müasir döyüş taktikası dünya hərb praktikasında yeni nəsil savaşı kimi dəyərləndirildi.
Azərbaycanın tarixi qələbəsi göstərdi ki, hərbi sahədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün müasir ordu quruculuğu, ölkənin hərbi qüdrətinin yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi son dərəcədə əhəmiyyətlidir.
Prezidentin sərgilərin açılış mərasiminə ünvanladığı məktubunda da qeyd edilir ki, Azərbaycan öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm verir. Ölkəmiz hərbi-texniki sahədə dünyanın qabaqcıl dövlətləri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, milli müdafiə sənayesi sahəsində də imkanlarını genişləndirir. Hazırda Azərbaycan aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın 50-dən çox ölkəsinin aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir, ölkəmizin müdafiə sənayesi müəssisələrində istehsal olunan məmulatların həcmi ildən-ilə artır: "Biz qarşıdan gələn dövrdə də müasir silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsalına xüsusi diqqət yetirməklə Azərbaycan Silahlı Qüvvələrini və ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyik".
Qalib komandanın bu fikirləri və sərgilərdə dost, tərəfdaş ölkələrin birlikdə müdafiə sənayesindəki yeniliklərini nümayiş etdirmələri həm də məğlub Ermənistana, regionda sülh istəməyən qüvvələrə açıq mesaj idi. Müdafiə sənayesini gücləndirən, daha müasir texnikalar alan Azərbaycan istənilən formalı savaşa hazırdır. Əgər Ermənistan sülh müqaviləsini imzalamaqdan boyun qaçırıb, təxribatlar törətməyə davam edəcəksə, mütləq "dəmir yumruq" işə düşərək problemi həll etmək məcburiyyətində qalacaq. 

Son xəbərlər

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub

Avroparlanmentin Türkiyəyə qarşı iddiası – qeyri-ciddi orqana çevrilən məclis - ŞƏRH

Azərbaycan və Moldova hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edib

Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir - RƏSMİ

Kəlbəcərdə mina partlayışı olub

Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq

Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı?

Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir

İqtisadi sahədəki bəzi cinayətlərə görə məsuliyyətin ləğv edilməsi son oxunuşda qəbul edilib

Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib

PUA hücumları nəticəsində Rusiyada NEZ və neft məhsulları saxlanılan obyektlərdə yanğınlar olub

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Sabah 37 dərəcə isti olacaq

Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib

“Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab

Bağçalara sənəd qəbulu başlayır - valideynlər nəyi bilməlidir?

Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər

Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

Tramp: Putin və Zelenski - güzəştə getməyən danışıqçılardır

Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub

Bir qrup diplomata diplomatik rütbələr verilib

Pakistanda terrorçulara qarşı əməliyyat keçirilib, 11 əməkdaş həlak olub

Bütün xəbərlər