{category-title}

Göyçayda müəllimlər direktoru məktəbə buraxmadılar - VİDEO
Göyçay rayon Uşaq Musiqi Məktəbinə yeni təyin olunan direktorun ilk iş günündə qalmaqal yaşanıb.
PressXeber.info Apa-ya istinadən xəbər verir ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov uzun illər Göyçay rayon Uşaq Musiqi Məktəbinə rəhbərlik edən Rövşən Zamanovu işdən azad edib və onun yerinə Ağdaş musiqi məktəbində nəzəriyyə müəllimə kimi çalışan Günay Hacıyevanı direktor təyin edib. Musiqi məktəbinin kollektivi toplaşaraq yeni təyinata qarşı etiraz edib.
İşçilər bildiriblər ki, yeni təyin olunan direktor Günay Hacıyeva Şəki Musiqi Kollecini bitirib, onun idarəetmə bacarığı aşağı səviyyədədir. Göyçay Uşaq Musiqi Məktəbində uzun illər fəaliyyət göstərən ali təhsilli musiqi müəllimləri çalışır, onların kifayət qədər idarəetmə bacarığı var. Etirazçı müəllimlər çalışdıqları məktəbə direktorun öz kollektivi içərisindən ali təhsilli bir nəfərin seçilərək təyin olunmasını istəyirlər.
Qeyd edək ki, bu gün səhər saat 8:30 radələrində Göyçay rayon Uşaq Musiqi Məktəbinin kollektivi təhsil ocağının foyesinə toplaşaraq yeni təyin olunan direktor Günay Hacıyevanı qapıdan içəri buraxmayıblar, müəllimələr etiraz edərək onu məktəbdən qovublar.
Məsələ ilə bağlı Ağdaş Regional Mədəniyyət İdarəsinin rəhbəri Səxavət Məmmədov bildirib ki, təxminən 20 il iş təcrübəsi olan Günay Hacıyeva onun əmri ilə Göyçay Uşaq Musiqi Məktəbinə direktor təyin olunub və o, dünən özünün iştirakı ilə kollektivə təqdim olunub. Bu gün səhər saatlarında nədənsə məktəbdə ona qarşı narazılıq yaranıb. Səxavət Məmmədov regional idarənin nümayəndələrindən ibarət komissiyanın hazırda həmin məktəbə göndərildiyini, məsələnin araşdırılacağını, günün ikinci yarısında isə özü də məktəbə gedərək kollektivlə yenidən görüşəcəyini bildirib

Son xəbərlər

İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir

İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik

ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO

Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik

Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"

İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək

Türkiyədə bələdiyyə sədri saxlanılıb

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb

Putin İlham Əliyevi təbrik etdi

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...

Metronun hərəkət qrafiki dəyişdirilir

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb

QMİ Qurban bayramı ilə bağlı fətva verib

Xəzər dənizində zəlzələ olub

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

Bütün xəbərlər