{category-title}
Gündəm / Mədəniyyət
7.02.2019, 16:20
Musiqi məktəbinin şagirdlərinin ifasında dünya bəstəkarlarının əsərləri dinlənilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində “Fortepiano musiqisi axşamı” adlı konsert keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konsertdə məktəbin fortepiano şöbəsinin şagirdləri ölkəmizlə yanaşı, dünyanın tanınmış bəstəkarlarının əsərlərini məharətlə ifa ediblər.
Şagirdləri “İpək yolu” kamera orkestri müşayiət edib. Orkestrin bədii rəhbəri və baş dirijoru, Əməkdar artist Vaxtanq İmanovdur.
Sonda məktəbin direktoru, Əməkdar müəllim Yusif Vəliyev çıxış edərək konsert barədə fikirlərini bölüşüb və tədbirin iştirakçılarına təşəkkürünü bildirib.