{category-title}

“Brüssel görüşü Azərbaycan diplomatiyasının və Prezidentinin növbəti qələbəsidir”- RƏY
“Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü istisnasız olaraq Azərbaycan diplomatiyasının və şəxsən İlham Əliyevin növbəti qələbəsi, hücum siyasəti doktrinasının isə təntənəsi hesab edilməlidir. Məsələnin mahiyyətini anlamaq üçün Şarl Mişelin görüşün yekunlarına dair bəyanatına mütləq konseptual yanaşmalıyıq”.
Bu sözləri “Report”a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, Ermənistan açıq şəkildə etiraf etməsə də əvvəlki üç görüş üzrə razılaşmaların icrasında maraqlı olmayıb:
“Bu mənada ötən gün yeni təmaslarda İrəvanın sülh müqaviləsinin mətni üzərində iş aparmaq üçün işçi qrupun formalaşdırılması barədə razılıq verməsi proseslərin gedişatında mühüm bir səddin keçilməsi anlamına gəlir. Beləliklə, davamlı olaraq sülh razılaşmasına dair qəti addımlardan yayınan Ermənistan nəhayət bu istiqamətdə ilkin razılığını ifadə etməyə məcbur olaraq yaxın bir ay ərzində xarici işlər nazirlərinin sülh razılaşmasının mətni üzərində iş aparılması barədə öhdəlik götürüb. Bu, o deməkdir ki, Prezident İlham Əliyev necə ki, Vətən müharibəsində, Fərrux və Qisas əməliyyatlarında hərbi məcburetmə tədbirləri ilə Ermənistanı məlum gedişata məcbur etdi, ötəngünkü görüşlə də Azərbaycan lideri diplomatik məcburetmə tədbiri ilə Ermənistanı sülh sazişi üzrə işçi qrupun yaradılması barədə öhdəlik götürməyə məcbur etdi”.
B.Məhərrəmov deyib ki, dördüncü Brüssel görüşünün diqqət çəkən digər vacib məqamlarından biri Qarabağ mövzusunun gündəmə gəlməməsidir:
“Xatırlayırsınızsa, avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində də İlham Əliyev qəti olaraq bildirmişdi: “Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Ermənistanın buna nə dəxli var? Bu, bizim daxili işimizdir”. Bu bəyanatdan sonra praktik təmaslarda görüş mövzusunun Azərbaycan Prezidentinin beynəlxalq hüquqa əsaslanan iradəsi əsasında davam etməsi, yəni Azərbaycanın ümumtanınmış ərazisi olan Qarabağın müzakirə mövzusu olmaması ədalətli yanaşma ehtiva etməklə bərabər özlüyündə Bakının mühüm qələbəsidir. Habelə, Brüssel görüşündə ümumiyyətlə ATƏT-in Minsk qrupu institutunun adının çəkilməməsi, bununla da həmsədrlər institutuna, hətta mümkün perspektivdə belə şans verilməməsi ömrünü başa vurmuş bu təsisatın dirçəldilməsi istiqamətində uğursuz səylərə də tutarlı və praktik cavab oldu”.
“Brüssel prosesi ilə bağlı yekun qənaətimiz bunu deməyə əsas verir ki, proseslər Prezident İlham Əliyevin iradəsinə uyğun, Azərbaycanın irəli sürdüyü beş prinsip daxilində, milli maraqlarımız tam şəkildə təmin olunmaqla inkişaf etməkdədir. Eyni zamanda Avropa İttifaqı və şəxsən Şarl Mişelin bu prosesdə rolu Azərbaycanın bütövlükdə bölgənin gələcəyinə təminat verən milli maraqlarına uyğundur və bu mənada Brüssel prosesinin davamında uğurlu yekun sülh sazişinə ümid etmək olar”, - deputat vurğulayıb.

Son xəbərlər

Fransız hərbçiləri nüvə sualtı qayıqlarının bazası üzərindəki dronlara atəş açıblar

Azərbaycanda gömrük təmsilçiliyi institutu beynəlxalq standartlara uyğunlaşdırılır

Kənd təsərrüfatı torpaqlarında müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib

Azərbaycanda 21 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq - SƏRƏNCAM

Qırğızıstan BMT Təhlükəsizlik Şurasına üzv olmaq istəyir - Liderlərdən ÇAĞIRIŞ

Naxçıvanda Komando kursunun növbəti buraxılışı olub - VİDEO

KİV: HƏMAS Qəzza zolağının idarə edilməsindən imtina etməyə razıdır

Mahmud Səfəralıyev HƏBS EDİLDİ

Putin Hindistana getdi

ATƏT-in sədrindən Bakı və İrəvana MESAJ

Şuşada ifaçılıq mərkəzi tikiləcək

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır

Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası - ŞƏRH

Azərbaycan və İraq neft-qaz əməkdaşlığını müzakirə edib

Norveç XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dəstəklənməsinə çağırıb

Ceyhun Bayramov Vyanada ATƏT XİNŞ-in iclasında iştirak edir

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Beynəlxalq Türk Akademiyasının prezidenti: Azərbaycan böyük alimləri ilə fəxr etməlidir

Təfəkkür Universitetinin prorektorunu qətlə yetirən şəxslə bağlı qərar verilib

Ermənistanda məcburi hərbi xidmət müddətini qısaltmaq təklif olunub

23 nəfəri daşıyan mikroavtobus kanala aşdı

KİV: İtaliya tərəddüdlərdən sonra Ukrayna ilə bağlı siyasətini dəyişib

“Politico”: Aİ Rusiyanı terrorizmin maliyyələşdirilməsi üzrə “qara siyahı”ya salacaq

"Dövlət xidmətləri haqqında" qanun təsdiqlənib

Bütün xəbərlər