{category-title}

DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?


“Broker” MMC-nin rəhbəri, illərdir adı müxtəlif qalmaqallarda hallanan, dəfələrlə həbs xəbəri yayılan Əbülfəz Məlikov bu günlərdə DTX tərəfindən saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

 “Broker Əbülfəz” adı ilə tanınan və gömrük sistemindəki monopolist sistemin əsas fiquru hesab edilən Ə.Məlikovun həbsi cəmiyyətdə geniş müzakirə olunur. Onun uzun illərdir gömrük sistemində ölkəyə idxal edilən bir sıra məhsulların hüququna yiyələndiyi, özünə böyük biznes imperiyası yaratdığı bildirilir.

Mətbuatda yayılan məlumatlar, eləcə də sosial şəbəkələrdə bir çox tanınmış şəxslərin yazdıqları Əbülfəz Məlikovun ətrafındakı müzakirələri daha da qızışdırıb. Onun haqqında ən sensasion fikirləri isə Dövlət Gömrük Komitəsinin sabiq sədr müavini, keçmiş deputat, politoloq Cümşüd Nuriyev deyib. C.Nuriyevin iddialarına görə Əbülfəz Məlikov Rusiyada böyük biznesi olan, milyarder, əslən erməni olan Ara Abramyanın bacısının əridir. Sabiq deputatın bu açıqlamasından xeyli vaxt keçməsinə baxmayaraq, qarşı tərəf bu iddia ilə bağlı hər hansı bir fikir səsləndirməyib, münasibət bildirməyib.

Digər məlumatlara görə, Əbülfəz Məlikov məşhur iranlı iş adamı Mənüçöhr Əhədpurun yaxın qohumudur. Mətbuatda yayılan iddialara görə, M.Əhədpur da erməni əsillidir və daha əvvəl Manukyan soyadını daşıyıb. Onun İran və Rusiyada böyük biznes şəbəkəsi var.

Bildirilir ki, əslən Şamaxıdan olan Əbülfəz Məlikov biznesə siqaret satışı ilə başlayıb. “28 May” metrosunun qarşısında kiçik siqaret satışı yerləri olan Məlikovun Azərbaycana ilk dəfə qeyri-qanuni  yollarla siqaretlərin gətirilməsi işini həyata keçirdiyi iddia olunur. Belə ki, illər əvvəl Bakıda Dağıstan, Rusiya və əsasən İran istehsalı olan siqaretlərin çoxluq təşkil etdiyi dövrdə həmin məhsulların Əbülfəz Məlikovun təşkilatçılığı ilə gətirildiyi qeyd edilir. Bundan sonrakı dövrdə isə onun iranlı iş adamı Mənüçöhr Əhədpurla yaxınlığı, qohum olması və biznesini böyütdüyü bildirilir.

Qeyd edək ki, bir müddətdir ki, hüquq-mühafizə və xüsusi xidmət orqanları Dövlət Gömrük Komitəsində araşdırmalar aparır. Bu çərçivədə komitənin rəhbərliyi vəzifədən azad edilib, bir neçə general və digər yüksək vəzifəli şəxslər həbs edilərək barələrində cinayət işi açılıb.

 “Qafqazinfo”

Son xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın stolüstü tennisçiləri Türkiyə Super Liqasının ikinci turunda mübarizə aparacaqlar

Vladiqafqazda pirotexnikanın qanunsuz istehsalında şübhəli bilinən şəxslər saxlanılıb

Masazırda iki qadın qətlə yetirilib

Qoxu itkisi və yuxusuzluğa diqqət: Gizli əlamət ola bilər

XTQ-nin bölmələrində inspeksiya yoxlamaları keçirilib

Naxçıvanda Ombudsman təsisatı ləğv edilib

Xameneinin nümayəndəsi: İran Hörmüz boğazını ABŞ-la müharibə bitdikdən sonra açacaq

MİDA-nın bir qrup əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib

WUF13: Bakı qlobal şəhərsalma siyasətlərinin formalaşdığı mərkəzə çevrilir

BMT: Livan İsrailin zərbələri səbəbindən ərzaq böhranı ilə üzləşəcək

MM əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifini ilk oxunuşda qəbul edib

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər

Bu gün Suraxanıda işıq kəsiləcək

Məleykə Abbaszadə: Son 10 ildə imtahan zallarından 6 milyondan çox insan keçib

KİV: İranda gecə partlayışlar və atışma səsləri eşidilib

Parlamentdə vacib gün: 11 məsələ bir iclasda

İsrail ordusunun Livana hücumlarında 303 nəfər ölüb

Danışıqlarda İranı onlar təmsil edəcək

İnvestorlar atəşkəsə görə 1 milyard - Pul qoydular

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib - YENİLƏNİB

Paytaxtın bəzi yollarında gecə saatlarında təmir işləri aparılacaq

Vilayət Eyvazov Türkiyənin daxili işlər naziri ilə görüşüb

MM-də Azərbaycan-Türkiyə-Şimali Kipr Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının iclası keçirilir

Bütün xəbərlər