{category-title}

Əbülfəz Məlikovun yeni sürprizlər paketində nələr olacaq? - İTTİHAM

 Ölkədə gömrük monopolisti kimi ad çıxaran “TransBroker” MMC-nin direktoru Əbülfəz Məlikovun yenidən fəallaşması sahibkarları bərk narahat etməyə başlayıb. Həmçinin gömrükdə “monopoliya yoxdur” deyən rəsmi şəxslər də nədənsə Məlikovun hansı post tutduğunu gizli saxlamağa çalışırlar.

Bir neçə gün əvvəl Bizimxeber.az olaraq məlumat vermişdik ki, baş monopolist Əbülfəz Məlikov Abşeron Logistika Məkrəzinə baş direktor təyin olunub. Maraqlıdır ki, aidiyyatı qurum əvvəlki məlumatlar kimi bunu hələ də nə təsdiq, nə də təkzib edir.

Bütün bunlar bir daha göstərir ki, maraqlı şəxslər Əbülfəz Məlikovun bu posta təyin edilməsini imkan qədər gizli saxlamağa çalışır. Çünki, Məlikovun adı illərdir gömrük monopolisti kimi çəkilir və onun əməlləri üzündən bütün Gömrük sisteminin dəyişdirilməsinə zərurət yaranıb, onlarla gömrük əməkdaşı həbs olunub, işdən çıxarılıb. Bu səbəbdən yenidən ona gömrük işini həvalə etmək cinayətdir.

Elə isə yenidən Əbülfəz Məlikovun daha yüksək posta gətirilməsində zərurət nədir? Niyə monopolist şəxsə etimad göstərlməlidir?

Bizimxeber.az-a daxil olan məlumata görə, Məlikovun aylardır gizli saxlanılan vəzifəsinin üzə çıxarılması müəyyən problemlər yaradıb. Gömrükdə “yeni sistem”ini işə salmağa az qalmış monopolist şəxsin adının yenidən mətbuatda hallanması heç də ürəkaçan olmayıb.

Odur ki, Məlikov və komandası bu xəbərdən sonra hələlik gözləmə mövqeyinə keçiblər. Amma sahibkarlar Məlikovun yeni “sürprizlər paketi”inin nədən ibarət olacağını səbirsizliklə gözləyirlər və bundan bərk narahatdırlar. Əbülfəz Məlikovun yeni sürprizlər paketində nələr var?… Bu suallara çox yaxın günlərdə çılpaqlığı ilə aydınlıq gətirəcəyik.

Daha bir məlumata görə, Əbülfəz Məlikov üçün mətbuatın tapa bilmədiyi yeni vəzifə axtarılır. Abşeron Logistika Məkrəzi əməkdaşlarına isə mətbuat nümayəndələrinin Əbülfəz Məlikovla bağlı verdiyi suallara cavab vermək qadağası qoyulub.
 

Son xəbərlər

Bakıda avtomobil qadını vuraraq öldürüb

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

İlham Əliyev Sərəncam İMZALADI

Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Bütün xəbərlər