{category-title}


Məlumdur ki, dünyada hər bir xalq özünün savadlı cəmiyyəti, inkişaf etmiş elmi ilə öyünür və bu da həmin xalqların öz ölkələrini daha çox tanıtmalarına, daha da məşhur olmalarına səbəb olur.
 
Yaxşı, xeyirxah, əməli saleh insan demək olar ki, əbədidir, ölməzdir. Ona görə ki, xeyirxah insanlar əməlləri ilə,  gördüyü işlərlə nəsillərə qoyub getdikləri töhfələrlə hər zaman yad edilir və digər şəxslərə də ən yaxşı nümunə kimi göstərilirlər. İnsanlarda bir çox keyfiyyətlər var lakin, onların ən gözəli yaxşılıq etmək, xeyirxahlıqdır. Çünki bu elə bir xüsusiyyətdir ki, birbaşa insanlar arasındaki münasibətlərdə təzahür edir. Və xeyirxahlıq elə bir şeydir ki, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi insanın ən çarəsiz anında qarşısına çıxır. Buna görə də yaxşı insan olmaqdan qorxmamaq lazımdır. Çünki hər hansı cəhətdən edilən yaxşılıq bu dünyada itmir. 

Buna görə də, Allahın bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmaq lazımdır. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur. Təbii ki, dünya bu cür dəyərli, qiymətli insanlardan xali də deyil. Əgər yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib geridə qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib. Gələcək nəsil üçün nümunə olacaq şərəfli bir ömür yolu keçmisən. Bu yazıda məhz elə insanlardan birinin-gözəl insan, xeyriyyəçi “Cahan” Holding-in Prezidenti Vüqar Abbasovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Hal-hazırda bəşəriyyət əldə olunan elmi nailiyyətlər əsasında kompüter erasına qədəm qoyub ki, bu da əksər ölkələrdə olduğu kimi, məhz bizim ölkəmizin də hər sahəsində, o cümlədən təhsil sahəsinin inkişafında da öz təsirini göstərməkdədir. Faktdır ki, ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələri ildənilə yeni-yeni texniki avadanlıqlarla və s. ilə təmin olunur ki, bu da müəyyən olunmuş strategiyaya uyğun həyata keçirilir. Qeyd edək ki, indiyə kimi ölkəmiz savadlı kadrlarının sayəsində inkişaf edib, sosial-iqtisadi, siyasi, hərbi və digər sahələrdə müəyyən uğurlarına qovuşub. Bəli, yalnız savadlı cəmiyyətin, peşəkar mütəxəssislərin sayəsində hər sahədə lazımi uğurları əldə etmək, dünya arenasında Azərbaycanı layiqincə təmsil etmək mümkün olur.

..Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan “Cahan” Holding-in Prezidenti Vüqar Abbasov Vətənə ləyaqət nümunəsi sayılacaq məmurlardandır.

Bəli, dogurdan da cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir. Vüqar Abbasov millətimizin yətişdirdiyi bir ziyalıdır. Vüqar müəllim sıradan bir şəxs deyil, bütün ömrünü insanların rifahı işinə sərf edib. O, əsl Vətən daşıdır. Onun qəlbi böyükdür. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, insanlıgı, xeyrxahlıgı sevir, bu amalla yaşayır.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən prezident İlham Əliyevdən kim nümunə götürdü?

Vüqar Abbasov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

O, yüksək biliyi və təhsili, yüksək siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

O, rəhbər kimi ani və düzgün qərar qəbul edə bilən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Vüqar Abbasov böyüklüyü onun sadəliyində və insanlara səmimi münasibətindədir!

O, bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Bəli, “Cahan” Holding-in Prezidenti Vüqar Abbasov istər rəhbəri oldugu kollektiv, istərsə də ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o bu vəzifəyə təsadüfi göndərilməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar.

O da hər kəsə məlumdur ki, Vüqar Abbasov daim ictimaiyyətlə sıx əlaqə saxlamağı bacaran vəzifə sahibidir.

Qeyd edək ki, bu gün Vüqar Abbasov öz xoşbəxtliyini, səadətini doğma Vətəninə, doğma xalqına ləyaqətlə xidmətdə görür. Bu da onun nüfuzlu Azərbaycan ziyalısı olaraq nəinki ölkəmizdə, hətta dünyanın əksər ölkələrində də tanınmasına səbəb olur. Bəli, bu şəxs hər zaman ulu öndər Heydər Əliyev siyasi kursuna sadiq olduğunu əməli addımları ilə sübuta yetirib və heç zaman heç bir təmənna güdmədən, vəzifədə olub-olmamasına fərq belə qoymadan, daim prezident İlham Əliyevə, dövlətimizə, dövlətçiliyimizə xidmət göstərməyi özü üçün şərəf bilib. Bütün bunlar gəlişi xoş sözlər deyil, əsl həqiqətlərdir.

Son xəbərlər

Milli Məclisin sədri Serbiyaya işgüzar səfər edib

ABŞ ordusu İranın Küveytdə hərbi bazaya atdığı 2 ballistik raketi zərərsizləşdirib

Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir

Moldova rəsmisi: Azərbaycan şaxələndirilmiş qaz mənbələrinə çıxışımızda mühüm rol oynayıb

Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib

Qəbul imtahanının 2-ci cəhdində iştirak üçün qeydiyyat başlayıb

İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib

Sabah Bakıda 23, bölgələrdə 28 dərəcə isti olacaq

BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq

Emin Əmrullayev Gəncədə vətəndaşları qəbul edəcək

Şəhid övladlarının iştirakı ilə "Yol polisimizlə bir gün" adlı tədbir keçirilib

Minifutbol üzrə Avropa çempionatı: Azərbaycan millisi bu gün Qazaxıstanla qarşılaşacaq

Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib

İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

BMT-yə vaxtında ödəniş edənlər: Britaniya, Azərbaycan, Almaniya... - ADLAR

İranın XİN başçısı müsəlman ölkələrini həmrəyliyə çağırdı

KİV: İranın dəniz blokadası davam edir, gəmilər ABŞ tərəfindən dayanma xəbərdarlığı alır

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

ABŞ-ın müharibə naziri: Çin ölkəmizin təhlükəsizliyini təhdid edə bilməməlidir

KİV: İranın Küveytdəki bazaya zərbəsi nəticəsində 5 amerikalı hərbçi yaralanıb

Azərbaycan lideri Xorvatiya Prezidentini təbrik edib

Bütün xəbərlər