{category-title}

PFL-in yeni prezidenti kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev səhhəti ilə əlaqədar vəzifəsindən ayrılıb. Bununla bağlı AFFA-nın inzibati binasında PFL prezidenti vəzifəsinə yeni seçkilər keçirilib. Elxan Səmədov yekdilliklə növbəti müddətə Peşəkar Futbol Liqasının prezidenti seçilib.
 Elxan Zakir oğlu Səmədov 1974-cü il yanvarın 14-də Bakı şəhərində anadan olub. O, 1980-1990-cı illərdə Bakı şəhəri 134 saylı orta məktəbdə təhsil alıb. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Dillər Universitetində təhsil alıb. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Dillər Universitetində aspirantura təhsili alıb.
2001-ci ildə İtaliyanın Turin şəhərində “International Labor Organization & Training Center”da təhsil alıb. 2006-cı ildə Filologiya elmləri namizədi dərəcəsinə yiyələnib. 2007-ci ildə Vaşinqton şəhərində “Georgetown University” “International Law Institute”da təhsil alıb.
1993-1999-cu illərdə “Pennzoil Caspian Corporation” və “Caspian International Petroleum Company” (CIPCO neft konsorsiumu) şirkətlərində işləyib. 1999-2001-ci illərdə Təhsil Nazirliyində, Dünya Bankının Layihə İdarəetmə Qrupunda Təchizat şöbəsinin rəhbəri işləyib. 2001-2009-cu illərdə “Karasu Operating Company” və “Absheron Operating Company” şirkətlərində işləyib. 2009-2010-cu illərdə AFFA-da Uşaq Futbolunun İnkişafı şöbəsinin direktoru işləyib. 2013-2015-ci illərdə Gənclər və İdman Nazirliyində, Bakı - 2015 Avropa Oyunlarında Təchizat şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib.
2021-ci ildən bugünədək AFFA-da VAR şöbəsinin rəhbəri vəzifəsində çalışır. UEFA-nın məşqçilər üzrə “B” lisenziyasının sahibidir. Futbol, futzal, mini futbol və çimərlik futbolu üzrə Azərbaycanda, beynalxalq peşəkar və həvəskar yarışlarda iştirak edib, yarışmaların “Ən məhsuldar” və “Ən yaxşı” oyunçusu kimi seçilib.
Azərbaycan, rus, ingilis və türk dillərini bilir.
Evlidir, bir övladı var.

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər