"Ordumuz Qırmızı Bazar istiqamətində atəş açmayıb" - MN
Azərbaycan Ordusunun bölmələrinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır və həqiqəti əks etdirmir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.