{category-title}

Rüşvət alan sabiq hakim HƏBS OLUNDU


Sumqayıt Şəhər Məhkəməsinin adından qəbul edilmiş qanunsuz qətnamələrlə əsassız olaraq pensiya təyinatlarının aparılması və digər pozuntulara yol verilməsi faktı ilə bağlı ƏƏSMN  və Ədliyyə Nazirliklərindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Baş Prokurorluqdan verilən məlumata görə, istintaqla müəyyən olunub ki, 2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsində işləmiş İlyas Mahmudovun icraatında olan müxtəlif mülki işlər üzrə iddiaçıların tələblərinin təmin edilməsi barədə bilə-bilə ədalətsiz qətnamə qəbul etməsi müqabilində ayrı-ayrı şəxslərdən rüşvət qismində pul tələb  edərək almasına, bununla əlaqədar bilə-bilə 2 halda ədalətsiz qətnamə çıxarmasına əsaslı şübhələr var.

Bundan başqa, İlyas Mahmudovun işlədiyi dövr ərzində icraatında olan digər işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan məlumatlar daxil etməsinə, əmək stajı və əlilliyin müəyyən edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktları müəyyən edən qanunsuz məhkəmə aktlarını aidiyyəti qurumlara təqdim edilməsinə nail olmasına, bu hərəkətləri ilə də qanunazidd əsaslarla təyin olunmuş pensiyalar üzrə cəmi 243 min 441 manat məbləğində ödənişin verilməsinə səbəb olmaqla dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına dair əsaslı şübhələr müəyyən edilib.

Toplanmış kifayət qədər sübutlar əsasında İlyas Mahmudova Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Əhəmiyyət kəsb edən digər halların müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Zelenski Rusiya-Ukrayna-ABŞ görüşünün uğurlu olacağına ümid edir

Rubio: Tramp Xamenei ilə görüşməyə hazırdır

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Azərbaycanda 19 min nəfərə yeni silahlardan istifadə qaydaları öyrədilib

Müdafiə Nazirliyi: Azad olunan ərazilərdə 571 km-dən artıq yol bərpa edilib

Prezident İlham Əliyev Münxendə bolqarıstanlı həmkarı ilə görüşüb

Rəsmi Ankara: İran-ABŞ danışıqlarının Omanda keçirilməsi Türkiyəni narahat etmir

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu vəsaitlərin yerləşdirilməsi üzrə banklar arasında müsabiqə elan edib

Əli Əsədov qısamüddətli məzuniyyətə çıxıb

Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - FOTO

Rusiya Ukraynaya ballistik raket və 112 PUA ilə hücum edib

Laçında yerləşən SES-də 5 ildə istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

XXV Qış Olimpiya Oyunlarında növbəti yarışlar keçiriləcək

Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından 70 il ötür

Premyer Liqa: XX tura iki oyunla start veriləcək

KİV: ABŞ İrana qarşı uzunmüddətli hərbi əməliyyata hazırlaşır

Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT

Nazir direktoru işdən çıxardı

Armen Qriqoryan: Türkiyə ilə razılaşmaların icrası ilə bağlı müzakirələri davam etdiririk

İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb

Böyük Qayıdışın möhtəşəm mənzərəsi - VİDEO

Estoniya səfiri iqamətgahını Gürcüstandan Ermənistana köçürür

Prezident İlham Əliyev Almaniyada səfərdədir

Türkiyədə sel təhlükəsinə görə bəzi məktəblərdə tətil elan edilib

Bütün xəbərlər