{category-title}

Nazirlik Prezidentin son Fərmanı ilə bağlı MƏLUMAT YAYDI
Prezident İlham Əliyevin 18 iyun 2022-ci il tarixli Fərmanı dövlət icbari şəxsi sığorta sahəsində sığortaolunanların (hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və b.) rifahının yaxşılaşdırılması və daha etibarlı sosial müdafiəsinin təmin olunmasına xidmət edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, dövlət başçısının ötən ilin may ayında imzaladığı Fərmanla dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər 2022-ci il yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. Həmin vaxta qədər dövlət icbari şəxsi sığorta üzrə sığorta hadisələrinə görə ödənişin verilməsi isə Dövlət Sığorta Kommersiya Şirkətinin öhdəliyi kimi müəyyən olunmuşdu. Yeni Fərmanla bu sahədə dəyişiklik edilib.
Belə ki, Fərmanla dövlət icbari şəxsi sığorta olunanla bağlı sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dək olan dövrə aid olduqda sığorta ödənişini Dövlət Sığorta Kommersiya Şirkəti həyata keçirəcək.
Sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədin tarixi 2021-ci ilin 1 yanvarından sonraya aid olduqda isə sığorta ödənişini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu verəcək.
Bu da dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin səmərəliliyinin artırılması istiqamətində növbəti mühüm addım olmaqla, sığortaolunanların maraqlarının dolğun təminatına, vətəndaş məmnunluğuna nail olunmasına imkan yaradır.
Dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər bu ilin əvvəlindən Nazirliyə həvalə edildikdən sonra bu sahədə köklü islahatlar aparılır. İslahatlar həmin sahədə müasir, optimal və çevik idarəçiliyin, uçot sisteminin qurulması, inzibatçılığın təkmilləşdirilməsi, idarəçilik və xidmətlərin elektron infrastrukturunun yaradılması, sığorta ödənişlərinin e-qaydada, şəffaf və operativ təyinatı mexanizminin formalaşdırılması və s. kimi istiqamətləri əhatə edir.
Eyni zamanda, sığorta ehtiyatlarının effektiv idarə olunması və bu istiqamətdən əldə olunan gəlirlərin şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi tədbirlərinə yönəldilməsi islahatların prioritetlərindən biridir.

Son xəbərlər

Elşad Abdullayev hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Tehranda Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının iclası keçiriləcək

Şərqşünas-alim Aida İmanquliyevanın anım günüdür

Ədalət Hacıyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Premyer Liqa: V tura bu gün iki oyunla start veriləcək

Qubada insan sümükləri tapılıb

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

BƏƏ Prezidentinin önəmli səfəri - Azərbaycanın Yaxın Şərqlə genişlənən əməkdaşlığı - ŞƏRH

İsrailə qarşı bir sıra beynəlxalq sanksiyalar razılaşdırılıb

Avropa ölkələrinin İran qarşısında qoyduğu tələblər açıqlanıb

Badara kəndində bu il 115, gələn il isə 128 ev bərpa ediləcək

Məhi Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

"Bakı Kart"a yeni direktor təyin edilib

Lavrov ABŞ-la Ukrayna üzrə danışıqların bəzi təfərrüatlarını açıqlayıb

Rusiya ordusu strateji şəhərə DAXİL OLDU

Prezident “Qarabağ”ı təbrik etdi

QMi sədri Qazaxıstanda gənc dini liderlərə xitab edəcək

Müdafiə Nazirliyi məlumat yaydı

Sabahın hava proqnozu açıqlanıb

Xocalının daha bir kəndinə İLK KÖÇ oldu

Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir?

Goranboydakı cinayətin TƏFƏRRÜATI

Qızılağac Milli Parkının ərazisində yanğın olub

Kamçatkada 7,1 bal gücündə zəlzələ olub, sunami təhlükəsi elan edilib

Bütün xəbərlər