{category-title}

İlham Əliyev və Mehriban Əliyevanın dinə, dini abidələrə xüsusi diqqət və qayğısı – ŞƏRH
Azərbaycanda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dinə, dini-tarixi abidələrin qorunub-saxlanılmasına xüsusi diqqət və qayğısı var.
Azərbaycanda bu günədək 992 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 955-i İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.
Hazırda respublikamızda Azərbaycan İlahiyyat İnstitutu və 5 dini təhsil müəssisəsi (İslam kolleci) fəaliyyət göstərir. Ölkə ərazisində 2 253 məscid mövcuddur.
Habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Ölkədə ümumilikdə 748 pir və ziyarətgah müəyyən edilib.
İşğaldan azad olunmuş ərazilərimizdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır.
Bu ərazilərdə 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. 
İşğaldan azad edilmiş ərazilərdə erməni vandalizminin qurbanına çevrilmiş dini abidələrin bərpası da dövlətin prioritetləri sırasındadır.
Təsadüfi deyil ki, İlham Əliyev və Mehriban Əliyeva Ağdam, Şuşa məscidlərini ziyarət ediblər və ora Quran gətiriblər.
Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Zəngilan şəhər məscidi də bərpa edilən məscidlər sırasındadır.
Eyni zamanda, Daşaltıda, Hadrutda yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir.
Azərbaycanda dini etiqada dövlətin münasibəti “Dini etiqad azadlığı” haqqında qanunla tənzimlənir. Azərbaycan multikultural və tolerant dövlət olduğundan Konstitusiya ilə təsbit edilən vicdan azadlığına önəm verir.
Buna görə də, heç kim dini əqidəsinə görə təzyiqlə üzləşmir və Azərbaycan bu sahədə dünyada presedent yarada bilib.
Heydər Əliyev Fondu mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan ideyalarının ictimai şüurda möhkəmlənməsinə çalışır.
Heydər Əliyev Fondunun Azərbaycandakı tolerantlıq və multikultural dəyərlərin qorunaraq təbliğ edilməsi sahəsində fəaliyyəti də xüsusi vurğulanmalıdır.
Fondun maliyyə dəstəyi ilə Daşkəsəndəki Cümə məscidində, Xəzər rayonu, Binə qəsəbəsindəki Möhsün Səlim və İmam Rza məscidlərində, Mərdəkan qəsəbəsindəki Pirhəsən ziyarətgahı və Heydər məscidində, Buzovna qəsəbəsindəki Cümə məscidində, Gəncə şəhərindəki Şah Abbas və Həzrət Zeynəb məscidlərində yenidənqurma və əsaslı təmir-bərpa işləri görülüb.
Fondun dəstəyi ilə bərpa olunan İmam Hüseyn məscidinin istifadəyə verilməsi də milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən tədbirlərdəndir.
Fondun həyata keçirdiyi, xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına xidmət göstərən layihələr təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da böyük əks-səda doğurur.
Şamaxıdakı Cümə məscidi, Bakıdakı Bibiheybət və Təzəpir məscidləri də yüksək səviyyədə təmir edilərək inanclı insanların ibadəti üçün istifadəyə verilib.
Azərbaycanda dini inancın milli tələblər səviyyəsində inkişaf etdirilməsi üçün milli kadrların hazırlanması da prioritetdir.
Milli din xadimlərinin və ya mütəxəssislərin yetişdirilməsi üçün Azərbaycan İlahiyyat İnstitutu fəaliyyət göstərir.
Prezident İlham Əliyev bu ilin aprelin 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib.
Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din-dövlət münasibətləri yüksək səviyyədədir və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkəmizdə milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir, multikultural həyat tərzinin daha da möhkəmlənməsi üçün böyük işlər görülüb və görülür.
Azərbaycanın tolerantlıq modeli dünyanın bir çox universitetlərində, o cümlədən Azərbaycan İlahiyyat İnstitutunda öyrənilir.

Son xəbərlər

Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb

Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb - FOTO

Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək

“Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib

Moldovanın hava sahəsində 5 dron müşahidə olunub

Təhsil Tələbə Krediti Fondu ali məktəblərə qəbul olunanlara müraciət edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Ali Məhkəmə podrat müqavilələri üzrə məhkəmə təcrübəsinə aydınlıq gətirib

DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib

AVRO-2026: Bu gün Milli Gimnastika Arenasında C qrupunun daha iki oyunu keçiriləcək

BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr

Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib

Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Bütün xəbərlər