{category-title}

Məktəbli düşərgələrinin qiyməti əl yandırır - Uşaqlar yayı necə keçirsinlər?


Artıq tədris ili sona çatıb. Təbii ki, hər bir valideyn istəyir ki, övladı yay tətilində vaxtını səmərəli keçirsin. Bunun üçün övladlarını yay düşərgələrinə yollamaq istəyənlər də az deyil. Lakin qiymətlər heç də hər kəsin büdcəsinə uyğun deyil. 

Yay düşərgəsi təşkil edən bir neçə məktəblə əlaqə saxladıq. Məlum oldu ki, məktəblər şəhərdən kənardakı istirahət mərkəzlərində otaqlar kirayələyir və uşaqlar orada dincəlirlər.

Məktəblərin birindən bildirildi ki, bir şagirdin Bakı ərazisində altı gün beş gecə yay düşərgəsinə qatılması üçün valideyn 600-700 manat pul ödəməlidir.

Digər məktəbdən isə bildirildi ki, düşərgə həftə içi hər gün 09:00-18:00 arası keçirilir. Düşərgənin bir növbəsi beş gün davam edir. Bir növbə üçün 299 manat, iki növbə üçün 549 manat, dörd növbə üçün isə 1099 manatdır. Düşərgəyə 6-15 yaşlı uşaqlar qəbul olunurlar.

Bir ailədən iki uşaq düşərgədə iştirak edən zaman qiymətə 10 faiz endirim edilir.

Deputat Ceyhun Məmmədov saytımıza açıqlamasında bildirib ki, bu gün şagirdlərin yay tətilində vaxtlarının səmərəli təşkili xüsusi əhəmiyyət daşıyır:

“Sovet Sosialist Respublikaları İttifaqı dövründə yay düşərgələri var idi. Hazırda isə bu düşərgələr yoxdur, olsa da, kütləvi təşkil edilmir. Hesab edirəm ki, şagirdlərin vaxtlarını səmərəli keçirmək, bilik və bacarıqlarını artırmaq üçün yay düşərgələrinin təşkili önəmlidir.

Əksər valideynlərin bir qayğısı var ki, uşaqları yay aylarında tətillərini səmərəli keçirə bilmirlər, zərərli təsirlərə məruz qalırlar. Bu baxımdan gənclərin vaxtlarının təşkili önəm və əhəmiyyət daşıyır. Bu gün bu məsələyə baxılmalı və gələcəkdə bu istiqamətdə müəyyən addımlar atılmalıdır”.

Qeyd edək ki, ötən ildən məktəblərdə iki həftəlik “Yay məktəbi” təşkil edildi. Məqsəd şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi idi.

Bu il də “Yay məktəbi” təşkil ediləcək. Birinci sinifdən başlayaraq 10-cu sinfə qədər hər kəs qatıla bilər. İyun ayının sonuna qədər müəllimlər dərs yükünə uyğun maaş aldıqları üçün əlavə ödəniş nəzərdə tutulmur.

Əlavə ödənişin olmadığı üçün müəllimlər də “Yay məktəbi”nin təşkilindən narazıdırlar. 
Saytımıza danışan müəllimlərdən biri bildirdi ki, isti yay günündə əlavə dərslərin keçirilməsi çətindir:

“İl ərzində uşaqlarla məşğul oluruq. Yenidən “Yay məktəbi”ndə onlarla işləmək çətindir. Hava isti olur, onlar məktəbdə olmaq istəmirlər. Dərslər arasında fasilələr olanda da uşaqları yenidən dərs üçün bir yerə yığa bilmirik”.

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər