{category-title}

Türkiyə ilə Yunanıstan arasında hərbi münaqişə riski: Bakı-Ankara müştərək gücü işə düşə bilər – TƏHLİL


İki NATO üzvü - Türkiyə ilə Yunanıstan arasında hərbi eskalasiya riski qapını döyür, regionda yeni münaqişənin yaranmaması üçün beynəlxalq səylər həmin qapının açılmamasına yönəlməlidir.

Türkiyə-Yunanıstan qarşıdurmasını alovlandıran amillər bunlardır:

- Yunanıstan Egey dənizindəki adaları silahlandırır,

- Türkiyə bunu Lozanna və Paris müqavilələrinə zidd hesab edir. Bununla da, həmin adalara suverenlik iddiaları irəli sürür,  

- Şərqi Aralıq dənizindəki enerji resursları uğrunda mübarizə, 

- Yunanıstan Qərbi Trakiya, Rodos və Kosda yaşayan türk azlığına təzyiqlərini davam etdirir.

Qərb Türkiyədə prezident seçkisi öncəsi özünün süni şəkildə yaratdığı küləkləri əsdirmək istəyir, simpatiyasını Yunanıstana istiqamətləndirir, Ankara isə suveren hüquqlarının, ərazi bütövlüyünün qorunması üçün ordusunun gücünü artırır və qarışıq situasiyalarda diktəsini həmin ordunun gücü hesabına yeridir.

Türkiyə ilə Yunanıstan ordusunun müqayisəsini aparsaq, demək olar ki, birincinin bütün komponentlər üzrə rəqibini əhəmiyyətli dərəcədə üstələdiyini görürük. Siyasi konflikt hərbi münaqişəyə çevriləcəyi təqdirdə Yunanıstan Türkiyə qarşısında duruş gətirə bilməyəcək, Qərb isə ən yaxşı halda Yunanıstana silah tədarükü edə bilər.

Ancaq bunu strateji beyinlərin düşünən yarımkürəsinə yerləşdirmək lazımdır ki, Türkiyə ərazilərinə hər hansı qəsd cəhdi elə də asan deyil, Türkiyə ordusunun döyüş gücü, şəxsi heyətin psixoloji vəziyyəti elə həddədir ki, Ankara öz rəqiblərinə Çanaqqaladan sonra ikinci dərs verər.

Egey adalarının çoxu Türkiyə sahillərinə yaxındır və Yunanıstan həmin yerlərdə silahsız mövcudluğunu şərtləndirən müqavilələri pozaraq hərbi varlıq qurur. Hərçənd ki, həmin adalar Yunanıstana silahsızlaşdırılmaq şərti ilə verilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Efes-2022” beynəlxalq təlimində çıxış edərkən Yunanıstana xəbərdarlıq edib. Deyib ki, rəsmi Afina Egey dənizindəki adaları silahlandırmaqdan çəkinməlidir.

Həmin adalardan üçüncü tərəflər də yararlanmaq niyyətindədir, bu isə Türkiyəyə yeni təzyiq metodudur, Ankara əldə etdiyi kəşfiyyat məlumatları ilə həmin basqıların nəyi hədəflədiyini gözəl bilir.

Bəli, Türkiyə hədəfdədir, amma Ərdoğan üçüncü tərəflərə də müraciətlə qarışıq xəbərdarlıq ünvanlayıb ki, onlar adalar məsələsinin “barıt”ını çox etsələr, bu, fəlakətlə nəticələnəcək.

Mövzunu bir az da inkişaf etdirsək, Yunanıstan amilini Azərbaycan-Türkiyə strateji müttəfiqliyi fonunda da dəyərləndirmək ehtiyacı yaranır.

Şuşa Bəyannaməsinə əsasən, Azərbaycan və Türkiyənin ikisindən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə tərəflər birgə məsləhətləşmələr aparacaq.

Bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər.

Yəni, Türkiyə ilə Yunanıstan arasında müharibə başlasa, zəruri olarsa, Azərbaycan da Türkiyənin yardımına çatacaq.

Son xəbərlər

Zaqatalada iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artırdı

Müğənni uşaqları yox, uşaqlar maşını "vurubmuş"...

Dövlət qulluqçularının NƏZƏRİNƏ: Cavablar AÇIQLANDI

Bu gün biz dirçəldilən Şuşanı görürük

Bəzi məhsulların qityməti artıb - SİYAHI

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Kim Çen İn nüvə elitasına şəhər salıb - "Sosialist sivilizasiyasından tam həzz ala bilərlər”

Toyuq əti bahalaşacaq? – MÜHÜM AÇIQLAMA

Elşad Hacıyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Tofiq İsayev deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Murad Muradov vəfat etdi

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək

17 yaşlı qız xəstəxanada müəmmalı şəkildə ÖLDÜ

Günün qoroskopu: Şəxsi münasibətlər müstəvisində romantik durumdur

Keşişlərin və sabiqlərin iflasa uğrayan aksiyası - Baş tutmayan “Baqration əməliyyatı” - TƏHLİL

Prezidentin festivaldakı çıxışının - Videosu

Ceyhun Bayramovun Mirzoyanla görüşünün detalları açıqlandı

Sabah şimşək çaxacaq, dolu düşəcək

Prezidentlə xanımı “Xarıbülbül” Festivalının açılışında

Gədəbəydə evin həyətində meyit tapıldı

Əli Əsədov Mixail Mişustini Rusiya hökumətinin sədri təyin olunması münasibətilə təbrik edib

NATO rəsmisi: Rusiyanın alyansa hücum imkanı yoxdur

Bütün xəbərlər