{category-title}

Hacıyev-Sallivan danışıqları: ABŞ və Azərbaycan nəyi “bölüşdürürlər”? – TƏHLİL

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da səfərdədir.

Hikmət Hacıyev səfəri zamanı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

Rusiya-Ukrayna müharibəsinin uzanması, dünyada humanitar böhranın yaranması, enerji resurslarına baxışların redaktə edilməsi ABŞ və Britaniyanı region ölkələri ilə dil tapmağa və əməkdaşlıqda yeni səhifələr açmağa vadar edir.

Çünki ikitərəfli və çoxtərəfli əməkdaşlıqda yeni səhifələrin açılması Ağ Evlə London üçün müdafiəedici istiqamətlər formalaşdırır.

ABŞ-ın son zamanlar Azərbaycana isti münasibət sərgiləməsinin motivləri də həmin amillərə söykənir.

Azərbaycanın Cənubi Qafqazda yeni reallıq yaratması, Türkiyə ilə münasibətlərini ittifaq səviyyəsinə qədər yüksəltməsi Birləşmiş Ştatların bu ikiliyə münasibətində müsbət impulslar yaradır.

ABŞ-ın bununla da hədəflədikləri aşağıdakılardır:

1. Rusiya-Ukrayna müharibəsindən sonra qlobal güclərin pay bölgüsünü müəyyən etmək təşəbbüsünü ələ almaq və öz üstünlüyünü təmin edən rıçaqlar formalaşdırmaq;

2. Rusiya ilə coğrafi yaxınlıq təşkil edən regionlarda Kremlin maraqlarını sıxışdırıb kənara çıxarmaq;

3. Qlobal enerji bazarlarında hegemonluğunu təmin etmək.

ABŞ hədəflərinin hər birinə çatmaq üçün Azərbaycanla əməkdaşlığın mühərrikini gücləndirmək əzmini nümayiş etdirir, hərçənd ki, Bakının Ankara ilə sürətli yaxınlaşmasına görə qısqanclığa da qapılır.

ABŞ supergüc olduğundan onun təhlükəsizliyə yanaşmasının sərhədləri də genişdir, elə bu səbəbdəndir ki, Sallivan Hacıyevlə danışıqlar masasına oturub və Azərbaycanın gələcək rolu barədə konturların cızılması üçün Bakının tezislərini dəyərləndirir.

Azərbaycan da ABŞ-ın strateji yanaşmasını dəqiqləşdirmək və ortaya çıxa biləcək risklərdə Vaşinqtonun yaxasını kənara çəkməməsi üçün mövqeyini ifadə edir.

Düşünmək olar ki, Sallivan Azərbaycanın Rusiya ilə əməkdaşlıq xəttindən ayrılaraq üzünü Vaşinqtona tutması üçün şəraitin yaradılmasına Bakını əmin etmək istəyir. Lakin Azərbaycan dövləti özünün balanslı siyasətindən qopan deyil, sadəcə bu balansda çəki dərəcələrini yenidən nəzərdən keçirən konsepsiya ortaya qoyur.

Buna rəvac verən Azərbaycan-Türkiyə strateji müttəfiqliyidir: “Şifrəni” açmağa çalışaraq qeyd edək ki, ABŞ Bakı-Ankara münasibətlərinə nə qədər qısqanc yanaşsa da, bir tərəfdən də bu amil ona sərf edir.

Çünki Türkiyənin NATO üzvü kimi Cənubi Qafqazda hərbi-siyasi dozasını artırması Vaşinqtonu qane edir, amma Ankaranın bu iştirakının bəzi cizgilərini Rusiya ilə uzlaşdırması Ağ Evi qıcıqlandırır.

Türkiyə ilə iplərin qırılması isə ABŞ-a qətiyyən fayda gətirmir, ona görə də Azərbaycan-Türkiyə-ABŞ üçbucağında uzlaşdırma müzakirələrinin aparılması vacibdir.

Yəqin, buna görədir ki, Hikmət Hacıyev Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcanla görüşüb və ehtimal ki, Sallivanla danışıqlarının nəticələrini türkiyəli diplomatla müzakirə edib.

YEKUN olaraq qeyd etmək lazımdır ki, ABŞ Azərbaycana dair yanaşmasında ən azından ortamüddətli strategiya hazırlayır və bunun elementləri Bakı-Vaşinqton xəttində müzakirə predmetinə çıxarılır.

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər